Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
35 kilo arıqlayan Lətifənin son halı - FOTO Xəbərlər

0

  • Opera və vokal ifaçısı Lətifə Soyuöz ilk dəfə arıqlamağının sirrini açıb.
    Buz.Su metbuat.az-a istinadən bildirir ki, bu barədə sənətçi qonaq olduğu "Özəl" verilişində danışıb.
    Lətifə bildirib ki, 1 il ərzində pəhriz saxlayaraq 35 kiloqram artıq çəkidən xilas olub:
    "Kökəldiyimi hiss etmirdim. Çünki kənardan özümü görə bilmirdim. Elə bilirdim ki, hər şey yaxşıdır. Xalam əslində kök insanları sevir. Günlərin bir günü verilişlərin birində qonaq oldum. Daha sonra xalamgilə getdim. O da həmin verilişə baxmışdı. Xalam söylədi ki, elə bil ki, biraz kökəlmisən. O bunu mənə deyəndə bildim ki, mən biraz yox çox kökəlmişəm. Ondan sonra pəhrizə başladım. Artıq nə qədər dietoloqlara getmişdim. Beşə yaxın pəhriz proqramım vardı. Amma heç birini edə bilmirdim. Bu isə zamanımın az olması ilə əlaqəli idi. Özümlə yemək gəzdirməli idim. Bu isə məndə heç cürə alınmırdı.
    Rəfiqəmin yanına Türkiyəyə getdim. Onun bir klinikası var. Orada peşəkar dietoloqlar var. Onunla görüşdüm. O, mənə çox asan bir pəhriz növünü məsləhət gördü. Dedi ki, sən 3 ay kofe içməli deyilsən. Güclə də olsa 3 ay kofedən imtina etdim.
    Kofe qəbul edəndə bədəndən su çıxmır və nəticədə ödəm yaranır. Əvvəllər mən su əvəzinə bir neçə fincan kofe içirdim. Bu isə böyük fəsadlar yaratdı. Ondan sonra kofeni aradan qaldırdım. Daha sonra kiçik şirniyyat dilimlərindən də özümü məhrum etdim. Yemədim! Söylədi ki, manqalda bişən yeməklərdən və müxtəlif şorbalardan istifadə edə bilərsən. Manqalda bişmiş yemək yedinsə şorba yeməyəcəksən və tərsinə. Mən də onun bu məsləhərtlərinə əməl etdim. Və beləcə bir il ərzində 35 kiloqram çəki itirdim. İndi mənim 35 yaşım var. 26 yaşım olanda 4 aya 25 kiloqram arıqlamışdım. Artıq gördüm ki, zaman və yaş da öz sözünü deyir. Yaş artıqca arıqlamaq çətinləşir. Məsləhətləri içində həmçinin sobada bişirilən yeməklər də var idi. Dietoloq bol su içməyi də mənə tövsiyyə etdi. 3 aydan sonra kofeni həyatıma qaytardım. Onsuz mümkün deyil. Kofe içirəmsə demək yeməyi azaldıram. Kofe içəndə gərək su da qəbul etməyiniz mütləqdir. Artıq kökəlmək istəmirəm. İstəyirəm ki, elə bu çəkidə və ölçülərdə qalım. Hazırda isə çəkim 56 kilodur".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1203155.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib48 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    42
    92
    50
    46
    35
    24
    107
    93
    88
    106
    17
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar