Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
AŞPA-nın Azərbaycan millət vəkillərinə qarşı addımını şiddətlə qınayırıq - Şamil Ayrım Xəbərlər

0

  • AŞPA-nın Azərbaycan millət vəkillərinə qarşı addımını şiddətlə qınayırıq.
    Buz.Su Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransı zamanı Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
    "Avropa İttifaqının bir çox təşkilatı Azərbaycan və Türkiyəyə qarşı ikili standartlar nümayiş etdirirlər. Ən son AŞPA-nın Azərbaycan millət vəkillərinə qarşı atdığı addımı Azərbaycan-Türkiyə dostluq qrupu olaraq şiddətlə qınayırıq", - deyə o bildirib.
    Onun sözlərinə görə, Azərbaycan bundan sonra da inkişaf edəcək, yeni nailiyyətlər qazanacaq.
    "Bu regionda uzun zaman ancaq qan tökülüb, göz yaşı tökülüb. Artıq bundan sonra hörmətli Prezident İlham Əliyev xalqından aldığı dəstəklə ölkəsini növbəti uğurlara aparacaq", - deyə o əlavə edib.
    Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
    Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
    Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1181456.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib20 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    19
    28
    22
    27
    29
    30
    14
    25
    20
    38
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar