Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycan gimnastları “AGF Trophy” medalları uğrunda mübarizə aparacaqlar: Bakıda keçirilən beynəlxalq turnirin sonuncu günü - FOTO Xəbərlər

0

  • Bakıda yerləşən Milli Gimnastika Arenasında idman gimnastikası üzrə "AGF Trophy" beynəlxalq turnir yarışlarının sonuncu gününə start verilib.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, turnir "yeniyetmələr", "gənclər", eləcə də "böyüklər" yaş kateqoriyaları arasında keçirilir.
    Bu gün turnirin qalibləri və mükafatçıları müəyyənləşəcək.
    Azərbaycanı finalda "yeniyetmələr" yaş kateqoriyasında təmsil edənlər: Emin Xankişiyev, İlham Salayev, Hüseyn Qəhrəmanov, Məhəmməd Rüstəmzadə, Leyla Məmmədzadə, Albina Əliyeva və Aynaz Məcizadə.
    Azərbaycanı finalda "gənclər" yaş kateqoriyasında təmsil edənlər: Aydın Əlizadə, Nihat Muradlı, Dəniz Əliyeva, Aytən Məmmədova və Xədicə Abbaszadə.



    Azərbaycanı finalda "böyüklər" yaş kateqoriyasında təmsil edənlər: İvan Tixonov, Rəsul Əhmədzadə, Nikita Simonov, Murad Ağarzaev, Mənsum Səfərov, Nazənin Teymurova və Duyqu Məcidzadə.
    Qeyd edək ki, idman gimnastikası üzrə "AGF Trophy" beynəlxalq turniri Milli Gimnastika Arenasında 15-17 mart tarixləri arasında keçirilir. Yarışlarda Azərbaycan, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstanı təmsil edən 90-a yaxın idmançı iştirak edir.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1190727.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    7
    16
    26
    18
    22
    2
    34
    16
    15
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar