Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycana maraq böyüyür - Artan dəvətlər, gələn təkliflər, qurulan əməkdaşlıqlar... Xəbərlər

0

  • Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra təkcə regionda yox, daha geniş coğrafiyada yeni reallıqların formalaşmasında əhəmiyyətli rola malik bir aktora çevrilməkdədir. Azərbaycan son 3 ildə baş verən geosiyasi proseslərin ardından bütün dünyada nüfuzunu artırmış, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilmiş dövlət kimi adından söz etdirir. Reallıqdır ki, bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı da durmadan artır.
    Azərbaycana olan marağı qeyd edilən müddət ərzində bir çox beynəlxalq layihələrin icrası prosesi, konfransların təşkili zamanı da aydın gördük. Belə ki, Azərbaycanın son illər müxtəlif beynəlxalq tədbirlərə - Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasına, "Avropa siyasi birliyi" Zirvə Toplantısına xüsusi qonaq qismində dəvət olunması artan beynəlxalq nüfuzumuzun əyani təsdiqidir.
    Azərbaycanın beynəlxalq aləmdə rolu böyüyür, qərar gözləyən tərəfdən qərar verən tərəfə çevrilib. Bu gün Prezident İlham Əliyevin Tacikistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etməsi də bu sadalananların növbəti təsdiqidir. Məlumdur ki, bu zamana kimi bir ilk yaşandı. İlk dəfədir ki, Məşvərət görüşündə regiondan kənar ölkənin rəhbəri iştirak etdi. Bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin göstəricisi, bariz təsdiqidir.
    Bu məsələlərə Özbəkistan və Qazaxıstan dövlət başçıları da xüsusilə toxundular. Şavkat Mirziyoyevin çıxışı zamanı "Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirakı region ölkələrinin Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunun sübutudur" fikirlərinə yer verməsi xalqlarımız-dövlətlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsində rəsmi Bakının göstərdiyi təşəbbüsə, atdığı addımlara verilən dəyərin göstəricisidir.
    Həqiqətdir ki, bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Dövlətimizin başçısı da çıxışı zamanı bir daha Mərkəzi Asiya ölkələri ilə dostluq, əməkdaşlıq məsələsinə toxunaraq qeyd edib: "Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk".
    Son bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri diqqət doğuran hadisədir. Sovetlər Birliyinin süqutundan sonra Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə yaxın əlaqələr qurub. Dövlət başçısının bu fikirləri elə ona işarə idi. Son illər ərzində bu əlaqələrin daha da inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün yox, həm də bütün Türk dünyası üçün önəmlidir.
    Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
    Bununla Prezident İlham Əliyev bu məsələdəki incə məqama diqqəti yönəltmiş olub. Reallıqdır ki, Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil, amma tarixi və mədəni əlaqələrlə yanaşı Azərbaycan indi də daha çox siyasi və iqtisadi təmaslarla Mərkəzi Asiya ilə sıx bağlıdır və bu bağlar hər ötən gün daha da böyüyür.
    Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafı gələcək üçün yaxşı perspektivlər vəd edir. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaş olaraq özünü etibarlı bir ölkə kimi təsdiqləyir, strateji önəmini əhəmiyyətli dərəcədə artırır. Şərqlə-Qərb arasında mühüm tranzit ölkəyə çevrilən Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi önəminin bundan sonra daha da artacağı istisna edilmir.
    Təhməz Əsədov
    TREND
     

    Mənbə: https://news.milli.az/politics/1143380.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib34 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    21
    22
    40
    13
    17
    30
    21
    30
    29
    36
    30
    21
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar