Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycanda azyaşlı çipsdən zəhərlənib öldü? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB Xəbərlər

0

  • Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı araşdırmalar aparılır.
    Buz.Su xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında qeyd edilib.
    Bildirilib ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə iyunun 8-də baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub.
    Qeyd edilib ki, iyunun 9-u saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, T.Cavadzadə həmin gün saat 03:40 radələrində vəfat edib.
    "Ailənin bildirdiyinə görə, ailənin 3 uşağı "Çips" məhsulu qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb", - deyə məlumatda vurğulanıb.
    --------
    14:13

    Azərbaycanda azyaşlının çipsdən zəhərlənərək ölməsi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) açıqlama verilib.
    Buz.Su xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.
    Qeyd edək ki, hadisə Qobustanda baş verib.
    Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.
    ----------
    12:19

    Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb.
    Buz.Su oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
    Belə ki, hadisə Qobustanda baş verib.
    Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.
    Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sorğu ünvanladıq.
    AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq araşdırma başladıldığı bildirilib:
    "Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/incedent/1210693.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaHadisələr
    YerləşdirdiHakim
    Yerləşdirildi1 həft. öncə
    İzlənib4 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    39
    43
    42
    17
    27
    54
    44
    38
    41
    42
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar