Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Bakı payızı-2023. 35 il sonra” yarışması AzTV və Mədəniyyət kanalında – Jüridə Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva... – VİDEO - FOTO Xəbərlər

0

  • Sentyabrın 16-da Nizami boutique house şirkətinin Baş sponsorluğu ilə 35 il həsrətində olduğumuz istedadlar müsabiqəsinə - "Bakı payızı-2023. 35 il sonra" yarışmasına start verilir.
    Buz.Su xəbər verir ki, layihə "Best Cast Talent Agency" & "Golden Arts entertainment", Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.
    Bildiyiniz kimi, müsabiqə 5 istiqaməti əhatə edir - vokal, xoreoqrafiya, orijinal janr, musiqi qrupları və bəstəkarlıq. Youtube-da  yayımlanan gündəliklər vasitəsilə izləyicilərimiz yarışmanın iştirakçıları ilə yaxından tanış ola bilərlər
    https://youtube.com/@Baki.Payizi?si=rDyn93riEyx0UPfS
    1-ci turda jüri üzvləri - xalq artistləri Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ənvər Sadıqov, əməkdar artist Emil Əfrasiyab, populyar müğənni  İlqar Xəyal və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayevadır.
    Müsabiqə sentyabrın 16-dan başlayaraq həftədə 2 dəfə -  hər şənbə-bazar günləri AzTV kanalında saat 15:00-da yayımlanacaq, Mədəniyyət kanalında isə həmin günlər saat  23:00 -da təkrarlanacaq.
    Müsabiqənin 1-ci turunu sentyabrın 16 və 17-də AzTV-də saat 15:00-da, Mədəniyyət kanalında 23:00- da (təkrar) izləyə bilərsiniz.
    Qala konsert 3 noyabr tarixində saat 19:00-da Heydər Əliyev sarayında keçiriləcək.
    Bilet əldə edib birincilərin adını və mükafatlandırılmasını birinci öyrənin!
    https://iticket.az/events/concerts/baku-autumn-2023-gala-concer/100234
    İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Buz.Su, Azernews.Az
    Buz.Su

    Mənbə: https://news.milli.az/culture/1143622.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaMədəniyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    301
    22
    20
    34
    37
    19
    13
    25
    29
    34
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar