Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bakıda sərnişinə "səni Kanadaya qaçıracağam" deyən taksi sürücüsü həbs edildi Xəbərlər

0

  • Bakıda xanım müştərisini evlənmək məqsədi ilə Kanadaya qaçıracağını deyən taksi sürücüsü həbs edilib. 
    Buz.Su qaynarinfo-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl sifarişlə çağırdığı taksiyə əyləşən Arifə Həsənova (ad-soyad şərti) ona qarşı qeyri-etik ifadələr işlədən sürücü barəsində polisə şikayət edib. 
    Xanım sərnişinin şikayəti əsasında taksi sürücüsü saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək iş məhkəməyə göndərilib. 

    Məhkəmədə zərərçəkmiş şəxs Arifə Həsənova bildirib ki, hazırlıqdan çıxıb evə getmək üçün nənəsi taksi çağırıb. Taksi sürücüsü Zamin Kamilov (ad-soyad şərti) Arifədən əvvəlcə nənəsinin "yeraz" olduğunu soruşub, özünün də anasının və keçmiş arvadının "yeraz" olduğunu deyib. 
    Daha sonra bir qədər də irəli gedərək, ona evlənmək təklifini edib. "Səni mənə versələr, evlənərəm" deyib. Zamin Kamilov gələckdə Kanadaya yerləşəcəyini və onu da özüylə qaçıracağını deyib. Taksi sürücüsü həmçinin bilərək yolu uzadıb. 

    Zamin Kamilov isə Arifə Həsənova ilə aralarında normal tərzdə söhbət olduğunu, ona heç bir əxlaqsız təklif etmədiyini bildirib. Onunla sadəcə zarafat etdiyini bildirib və bunun da səhv hərəkət olduğunu etiraf edib. 

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib. 

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1186496.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    5
    33
    25
    18
    32
    32
    23
    24
    21
    31
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar