Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Beynəlxalq müşahidəçilər Naxçıvanda seçkiqabağı prosesləri izləyir Xəbərlər

0

  • Beynəlxalq müşahidəçilər Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələrində olub, ayrı-ayrı məntəqələrdə seçkilərə hazırlığın gedişi ilə maraqlanıblar.
    Buz.Su report.az-a istinadən xəbər verir ki, ATƏT-in Demokratik Qurumlar və İnsan Haqları üzrə Təşkilatının Naxçıvandakı uzunmüddətli müşahidəçisi Kristoper Barber jurnalistlərə müsahibəsində bildirib ki, muxtar respublikaya növbədənkənar Prezident seçkilərini müşahidə etmək üçün gəlib:
    "Mənimlə birlikdə İsveçrədən olan həmkarım Martin Mayinedir burdadır. Biz fevralın 15-dək burada olacağıq. Seçki və seçkidən sonrakı müddəti müşahidə edəcəyik. Qeyd edim ki, bizə seçki ərəfəsində qısamüddətli müşahidəçilər də qoşulacaq.
    Əsas məqsədimiz şəxsən nəyi müşahidə ediriksə, onları dəyərləndirməkdən ibarətdir. Qərarlarımız tamamilə obyektiv və qərərsiz olacaq. Əsas komanda olaraq Bakıdan gəlmişik və hazırda gedən proseslər barədə ayın sonunadək hesabat verəcəyik.
    Müxtəlif yerlərə baş çəkib müşahidələr aparırıq. Bura siyasi partiyalar, qeyri-hökumət təşkilatları, seçicilər, dairələr və məntəqələr daxildir. İndiyədək hazırlıq prosesini müşahidə eləmişik. Hazırda məntəqələrdə hazırlıq işləri aparılır və lazımi avadanlıqlarla təmin edilir".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1176268.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13
    29
    28
    12
    26
    6
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar