Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bölgədə vəziyyətin gərginləşməsində Ermənistan qədər havadarlarının rolu var - Sahil Kərimli Xəbərlər

0

  • Hazırda bölgəmizdə son dərəcə təhlükəli proseslər gedir və vəziyyətin bu həddə çatmasında Ermənistan qədər havadarlarının da rolu var. Əgər Azərbaycan dövləti növbəti dəfə öz suveren hüquqlarından istifadə edib hərbi əməliyyatlara başlayarsa, bunun məsuliyyəti Ermənistanın baş naziri Nikol Paşinyanın və ona dayaq duran qüvvələrin üzərində qalacaq.
    Buz.Su xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
    Onun sözlərinə görə, xüsusilə də Ermənistanın ABŞ ilə birgə hərbi təlimlər keçirməsi bölgəmizdə onsuz da həssas olan sülhə və təhlükəsizliyə çox böyük zərbədir. İrəvanın bu məkrli planı, həmçinin Azərbaycana qarşı güc nümayişidir. Azərbaycan Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülh yaratmaq istəyir, bunun üçün qətiyyətli addımlar atır. Belə bir dönəmdə Paşinyan hakimiyyətinin özünə havadar axtarması, Amerika və bəzi qərb dairələrinə arxalanmaqla bu cür təxribatçı addımlar atması qəbuledilməzdir.
    "Ermənistan xeyli vaxtdır ki, sürətlə silahlanır, xarici ölkələrdən silah-sursat tədarük edir. Bütün bunlar onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə yeni müharibə ocağı yaratmaq niyyətindədir. Ermənistanın ABŞ-la hərbi təlimlər keçirməsi Rusiyanın da maraqlarına ziddir. Məlumdur ki, Rusiya ilə müttəfiq olan Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Belə olduğu halda ABŞ hərbçilərinin Ermənistanda hərbi təlimlərə cəlb edilməsi İrəvanın növbəti riyakarlığıdır. Artıq Rusiya siyasi dairələri də bununla bağlı öz kəskin mövqeyini bəyan edib", - deyə S.Kərimli qeyd edib.
    Siyasi şərhçinin fikrincə, suveren Azərbaycan əraziləri olan Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin fəallığı vəziyyəti daha da gərginləşdirir. "Ermənistan rəhbərliyi bütün bu addımları ilə Azərbaycanı yeni müharibəyə cəlb etməyə çalışır. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, bölgədə yeni müharibə istəmir. Amma görünən odur ki, Ermənistan Azərbaycanın bu xoş niyyətini anlamır. Belə olduğu halda yeni hərbi əməliyyatlar qaçılmaz olacaq və bu dəfə Ermənistan daha ağır şəkildə cəzasını alacaq", - deyə şərhçi vurğulayıb.
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1142032.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi10 ay öncə
    İzlənib52 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    50
    34
    18
    65
    37
    56
    43
    27
    48
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar