Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Bu gün meyxana desəm indikindən 10 qat artıq qazanaram" Xəbərlər

0

  • "Meyxanaçılar tələsirlər, rahat götür-qoy edə bilmirlər ki, necə edək. Amma uğurluları da var. Bəzən belə bir ab-hava yaradırlar ki, guya mahnı oxumaqda daha çox qazanc var, nəinki meyxanada. Qətiyyətlə bunu təkzib edirəm. Doğru fikir deyil. Mən bu gün meyxana desəm, indikindən 10 qat artıq qazanaram. Bu söz məni hətta çox pis yandırır".
    Buz.Su bizim.media-ya istinadən bildirir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu "Xəbər ətər" verilişində deyib.
    Sənətçi bildirib ki, pulu daha çox müğənnilikdə yox meyxanada qazanmaq mümkündür:

    "Mənim həyatımda meyxana belə olub, hər gün pul qazanırsan. Elə bir gün yoxdur ki, gəlir əldə etməyəsən. Amma mahnı oxumaq belə bir şeydir ki, müəyyən qaydaların olur, ondan kənara çıxa bilmirsən. Gözüm görə-görə o qədər var-dövlətdən imtina edib, yolumu dəyişmişəm. Səbəblərini də dəfələrlə izah eləmişəm. Bəzi insanlar var ki, peşəkar sənətçilər onları başa düşürlər.

    Fikirləşirlər ki, bir xanımdır, lazımsız həyat tərzi sürməsindənsə, səsi olmasa da, qoy, oxusun. Pul qazanır. Bu meyxanaçıların da içində var. Sonra görürsən ki, həmin adam çıxır efirdə oturur və başlayır Azərbaycan mədəniyyətindən, incəsənətindən danışmağa. Peşəkar insanlar var, baxırlar. Ayıbdır! Mən neçə ildir bu sahədəyəm, amma bu barədə qorxa-qorxa danışıram. Ona görə də peşəkarlar necə sizi başa düşürlərsə, siz də onları anlayın ki, bilmədiyiniz şeylərdən danışmayın. Bir az başınızı aşağı salın. Baxırsan ki, səsi yoxdur, amma pul qazanır, deyirsən ki, eybi yoxdur. Plagiat mahılar bəstələyir, satır və sonra çıxır başqalarında səhv axtarmağa. Birinci özünü düzəlt, sonra səhv axtar".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1212492.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi4 həft. öncə
    İzlənib16 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    32
    51
    32
    34
    46
    37
    35
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar