Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Bu qətnamədən korrupsiya qoxusu gəlir, qərəzlidir" Xəbərlər

0

  • "Avropa Parlamentinin Azərbaycana qarşı qətnamə qəbul etməsindən korrupsiya qoxusu gəlir".
    Buz.Su xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
    Onun sözlərinə görə, Avropa Parlamentinin bir sıra üzvləri erməni diasporunun korrupsiyasından istifadə edərək Azərbaycana qarşı qərəzli mövqe formalaşdırır:
    "Avropa Parlamentinin qətnaməsinin arxasında şübhəsiz ki, korrupsiya dayanır. Avropa Parlamenti daim müxtəlif lobbi qruplarının maraqlarına xidmət edib. Qurum korrupsiya qalmaqalları, dəfələrlə parlament üzvlərinin rüşvət və korrupsiya ittihamları ilə üzləşib. Bilirsiniz ki, Avropa Parlamentinin vitse-spikeri korrupsiyaya görə də həbs edilib. İstisna deyil ki, o ənənələr Avropa Parlamentində hələ də davam etdirilir. Mənə elə gəlir ki, müvafiq hüquq-mühafizə orqanları araşdırmalar aparmalıdırlar və bu siyasi korrupsiyanın qarşısını almalıdırlar".
    Deputat Azərbaycana qarşı qəbul edilən qətnaməni qərəzli hesab etdiyini bildirib: "Mən buna başqa qiymət verə bilmərəm. Çünki bu qərəzli qətnamədir. Ondan korrupsiya qoxusu gəlir".

    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1147760.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib30 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    31
    29
    21
    21
    24
    23
    16
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar