Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Crocus City Hall” terror aktının qurbanlarından 134 nəfərin kimliyi müəyyənləşdirilib Xəbərlər

0

  • "Crocus City Hall"da törədilən terror aktından sonra ölənlərdən 134 nəfərin kimliyi müəyyənləşdirilib.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi öz "Telegram" kanalında bildirib.
    "Hazırda istintaq tərəfindən terror aktı zamanı həlak olan 134 nəfərin şəxsiyyəti müəyyən edilib. Digər, hələlik şəxsiyyəti məlum olmayan ölənlərlə bağlı genetik ekspertiza aparılır", - deyə qeyd olunub.
    Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.
    Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
    Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.
    "Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1193496.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib12 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    32
    20
    11
    27
    11
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar