Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Dehlinin İrəvana satmaq istədiyi “Akaş” nəyə qadirdir? Xəbərlər

0

  • Hindistanın Ermənistana verməyə hazırlaşdığı "Akaş" orta hündürlükdə (5-10 km) hava hücumundan müdafiə sistemi təyyarələrə, qanadlı və ballistik raketlərə qarşı nəzərdə tutulub.
    Buz.Su xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
    Polkovnik "Akaş" sisteminin texniki xüsusiyyətlərindən və atəş imkanlarından bəhs edib:
    "Sistemin atəş mənzili 45 km-ə qədərdir. Ancaq sistemin kəşfiyyat, eyni zamanda hücum PUA-larına qarşı döyüş qabiliyyəti tam bəlli deyil. "Akaş"ların batareyası bir müşahidə, yəni hədəfi təsbit və atəşə nəzarət radarından, komanda-qərargah mərkəzindən və işə salma sistemindən ibarətdir. Bir bataryada hərəsində üç raket olmaqla dörd başlatma qurğusu var. Ümumiyyətlə isə bir batareyanın 64 hədəfi izləmə, 12 hədəfə isə birbaşa müdaxilə imkanı mövcuddur. Hindistan Müdafiə Nazirliyi sözügedən sistemə olduqca güvənir. Belə ki, bu ay keçirilən təlimlərdən birində "Akaş" sistemi ilə eyni zamanda havaya buraxılan 4 hədəf 25 km məsafədən vurulub. Nazirlikdən verilən açıqlamada sistemin öz sinfində birinci yerdə olduğu qeyd edilib".
    Akyar Azərbaycanın da ata biləcəyi adekvat addımlardan danışıb:



    "Azərbaycan belə həmlələrə qarşı artıq Türkiyə ilə birlikdə döyüş təyyarələrini və helikopterlərini modernləşdirib. Digər tərəfdən ASELSAN istehsalı olan aşağı və orta hündürlükdə hava hücumundan müdafiə üçün nəzərdə tutulan HİSAR-lardan istifadə edilə bilər. Fikrimcə, Azərbaycan dövləti bununla bağlı ardıcıl şəkildə müvafiq addımlar atır. Eyni zamanda Türkiyə kəşfiyyat və hücum PUA-larının həm Qarabağ, həm də Ukrayna müharibəsi zamanı oxşar sistemlərə qarşı qazandığı uğur gözardı edilməməlidir".
    Qeyd edək ki, Ermənistan və Hindistan arasında "Akaş" (Akash) orta mənzilli yer-hava HHM sisteminin alınması ilə bağlı danışıqlar aparılır.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1168230.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi5 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    24
    20
    29
    39
    10
    30
    4
    17
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar