Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Əhməd sürücülük vəsiqəsini necə ala bilib? — DYP-dən AÇIQLAMA Xəbərlər

0

  • Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli fevralın 13-də öz ailəsini vəhşi amansızlıqla qətlə yetirən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun psixoloji vəziyyəti yerində olmadığı halda sürücülük vəsiqəsi alması, taksi idarə etməsi barədə etirazlara münasibət bildirib.
    Buz.Su xəbər verir ki, A.Əsgərli Pravda.az-a açıqalamasında deyib ki, sürcülərə sürücülük hüququ əldə etmələri üçün tibbi arayışı verən ən birinci səhiyyə müəssisələridir: "Hazırda vətəndaşlar üçün tibbi arayışın verilməsini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təmin edir. Lakin sürücü vəsiqə aldıqdan sonrakı dövrdə xəstəlik taparsa, bunun da qeydiyyatını aparan qurumlar var. Vətəndaşlar tibb müəssisəsinə müraciət edirlərsə, bu zaman artıq TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi onların səhhətinin nə yerdə olduğunu, xəstəliyini bilir. Daha kəskin formada desək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də əlillik almaq üçün onlara müraciət edənlərin xəstəliklərini əvvəlcədən bilir. Şəxsin şikayətlərinin əlillik dərəcəsində olub-olmadığının müəyyənləşdirilməsi aidiyyəti üzrə əlilliyin qiymətləndirilməsi zamanı ortaya çıxır. Yəni vətəndaşa əlillik dərəcəsi düşməsə belə, qurum əməkdaşları şəxslərin səhhətlərində mövcud olan problemləri görürlər və bilirlər. Bütün bunlar da nazirliyin mövcud sistemlərində görünür. Sadəcə olaraq, məsələ budur ki, sözügedən qurumlar Daxili İşlər Nazirliyinin (DİN) sürücülük hüququ olan şəxslərin siyahısını görür, DİN isə bu qurumlara aid sistemə daxil ola bilmir. Onlara təlimat vermək lazımdır ki, müraciət edənlərdə sükan arxasına keçmələrinə təhlükə yaradacaq xəstəlik aşkarlananda, xüsusilə də psixonevroloji xəstəlikləri varsa, aktiv sürücülərdirsə, bu nüansa daha həssas yanaşsınlar. Qurum olaraq onların bu məlumatları DİN-ə ötürmək öhdəliyi olmalıdır. Onlar məlumatları ötürməlidirlər ki, ay hüquq-mühafizə orqanı, bax, belə bir adam var, şizofren və ya epilepsiya xəstəsi olduğu halda aktiv sürücülük hüququ var, biz də o vətəndaşa əlillik dərəcəsi təyin edirik, həmin şəxsin sürücülük hüququnu məhdudlaşdırın".
     
    Qurum rəsmisi deyib ki, bu məlumatı ƏƏSMN bildirməsə, sürücüyə ilk diaqnozu qoyan TƏBİB DİN-i məlumatlandıra bilər: "Məsələ budur ki, belə tip informasiyaların bazasına giriş səlahiyyəti iki qurumda var. Bizə bu iki qurum məlumat ötürməlidir, biz də bilək ki, bəli, Əhməd Əhmədovun mövcud sağlamlıq vəziyyəti onun sürücülük hüququnun qüvvədə qalmasına icazə vermir. Ölkədə sağlamlıqla bağlı rəsmi rəy verən iki qurum var. Başqa bir qurum onların yerinə danışa bilərmi? Biz səhiyyəyönümlü qurum deyilik. Bir sözlə, bizə rəsmi məlumatlar daxil olmalıdır ki, həmin məlumatlar əsasında sürücülük hüquqları müvafiq qaydada məhdudlaşdırılsın. Əks halda, xəstə adam sükan arxasında olacaq və idarə etdiyi nəqliyyat vasitəsi ilə özünün, eləcə də ətrafdakı insanların həyatını təhlükəyə atmağa davam edəcək. Düşünürəm, bu məsələyə hətta qanun çərçivəsində baxılmalıdır. Belə məlumatların mübadiləsi qanuni öhdəlik kimi aidiyyəti qurumların üzərinə qoyulmalıdır. Bu cür məlumatları təqdim etməyən şəxslər məsuliyyət daşısalar, yaxşı olar".
     
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/crime/1183059.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCinayət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib21 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    11
    30
    6
    23
    10
    36
    6
    29
    29
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar