Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Əməkdar artist Aygün Bəylər vəfat edib - YENİLƏNİB Xəbərlər

0

  • 01:19
    ------
    Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
    Buz.Su xəbər verir ki, bu barədə report.az-a Azərbaycanın Mədəniyyət Nazirliyindən bildirilib.
    Qeyd edək ki, Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
    1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirib və Aygün Hümmətova filarmoniyaya qəbul olunub. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edib. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayıb.
    1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb - televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.
    2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.
    Allah rəhmət eləsin!
    21:45
    ------
    Bəzi sosial şəbəkə hesablarında Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) vəfatı barədə xəbərlər yayılıb.
    Buz.Su xəbər verir ki, xanəndənin sənət dostları bununla bağlı paylaşım edərək, Aygün Bəylərin vəfatından təsirləndiklərini ifadə ediblər.
    Mədəniyyət Nazirlyindən report.az-a bildirilib ki, onun haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir:
    "Hazırda süni tənəffüs aparatına qoşulub, saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək".
    Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.
    20:44
    ------

    Əməkdar artist Aygün Bəylər vəfat edib. 
    Buz.Su xəbər verir ki, o, bu gün Ankarada müalicə aldığı xəstəxanada dnüyasını dəyişib. 
    Xəbəri axşam.az-a onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib. 
    "Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər" deyə, aktyor əlavə edib. 
    Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb. 
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1173263.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib20 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    14
    30
    25
    23
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar