Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ərdoğan: Sanksiyalara baxmayaraq, İranla iqtisadi münasibətlərimizə son qoymayacağıq Xəbərlər

0

  • "Sanksiyalar səbəbindən qonşumuz İranla iqtisadi və ticarət əlaqələrimizə son qoymadıq, bundan sonra da son qoymayacağıq".
    Buz.Su report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə - İran Biznes Forumunda açıqlayıb.
    Eyni zamanda, Türkiyənin dövlət başçısı qeyd edib ki, Ankara birtərəfli sanksiyaları qəbuledilməz hesab edir:
    "Tarix boyu sivilizasiyaların beşiyi olmuş ölkələrimiz arasında köklü əlaqələr mövcuddur. Biz ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün ciddi potensial görürük. Biz cənab Rəisi ilə əməkdaşlığımızın inkişafını bir daha təsdiqlədik. Türkiyə olaraq prinsipial mövqeyimizi qoruyuruq".
    "İki regional güc olan Türkiyə və İran inkişaf və sabitlik üçün əməkdaşlığını irəli aparmalıdır. İranla 30 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaqda qətiyyətliyik", - Ərdoğan vurğulayıb.
    Türkiyə lideri həmçinin İranın Kirman ostanındakı silahlı insidentlə əlaqədar İran tərəfinə başsağlığı verib.
    Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında görüş olub.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1177862.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib21 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    15
    53
    12
    24
    15
    14
    29
    27
    22
    22
    13
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar