Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ərdoğan Yunanıstanın baş naziri ilə görüşəcək Xəbərlər

0

  • Yunanıstanın baş naziri Kiriakos Miçotakis dekabr ayında Yunanıstanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
    Buz.Su TurkicWorld-ə istinadən xəbər verir ki, Miçotakis Almaniyanın paytaxtı Berlində təşkil edilən paneldə Türkiyə-Yunanıstan əlaqələri ilə bağlı açıqlamalar verib.
    "Son bir neçə ayda münasibətlərimizdə ciddi yumşalma müşahidə etdik. Yaxın Şərqdəki son böhrandan əvvəl prezident Ərdoğanla iki dəfə görüşdüm. Münasibətlərimizi normallaşdırmaq istəyirik",- deyə o bildirib.
    Miçotakis qeyd edib ki, prezident Ərdoğanın HƏMAS ilə bağlı söylədiyi fikirlərlə razılaşmıram. Ancaq bu, bizim Yunanıstanda görüşməməyimiz üçün bir səbəb deyil. İkitərəfli əlaqələrimizdən və Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələrdən danışacağıq.
    Qeyd edək ki, Yunanıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Yunanıstan və Türkiyə arasında 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının iki ölkənin razılığı ilə dekabrın 7-də Afinada keçiriləcəyi açıqlanıb.
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1158411.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib24 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    13
    17
    10
    28
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar