Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ermənistan Azərbaycana qaytarılacaq ərazilərdə minatəmizləmə işlərinə başladı - VİDEO Xəbərlər

0

  • Erməni sapyorlar Tavuş vilayətinin Voskepar kəndində Müqəddəs Tanrı Anası Kilsəsinə bitişik ərazidə minatəmizləmə işlərinə başlayıblar.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
    Qeyd olunub ki, Azərbaycanla yeni sərhəd bu ərazidən keçəcək. Hazırda ərazidə 25-ə yaxın erməni sapyorun işlədiyi bildirilib.
    Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/armenia/1198554.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi4 həft. öncə
    İzlənib9 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    21
    33
    17
    37
    30
    24
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar