Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ermənistanın helikopterinin Qarabağa daxil olması təmin edilib Xəbərlər

0

  • Tibbi yardıma ehtiyacı olan şəxsləri yerindəcə aparmaq və tibbi yardım göstərmək üçün Ermənistandan Qarabağa həkim briqadası olan helikopterin daxil olması təmin edilib.
    Buz.Su Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "X" (tvitter) sosial şəbəkə hesabında paylaşımında qeyd edib.
    "Xüsusilə yanıqların müalicəsi üçün dərmanlar və digər tibbi əşyalar göndərilib. Bundan əlavə, ərzaq yardımı da edilib. Bu gün və sonrakı günlərdə də yardımlar davam etdiriləcək. Hazırda Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə tibbi təxliyələrin həyata keçirilməsi və yardımların çatdırılması məqsədilə BQXK-nın əraziyə müstəsna giriş imkanının təmin edilməsi üzərində iş aparılır", - deyə paylaşıma əlavə edilib.
    Qeyd edək ki, ötən gün axşam radələrində Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub. Nəticədə təxminən 200-ə yaxın şəxs xəsarət alıb. Yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
    Buz.Su

    Mənbə: https://news.milli.az/country/1145781.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib39 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    48
    29
    22
    169
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar