Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Evdə görünməz parazitlərin mövcudluğunu bilmək qaydası Xəbərlər

0

  • Taxtabiti ən gözlənilməz yerlərdə - çarpayının karkasında və rəsmlərin arxasında gizlənə bilər. Bu parazitlər getdikcə insektisidlərə qarşı daha davamlı olur, buna görə də onların evdə çoxalmasının qarşısını almaq üçün mümkün qədər tez aşkar edilməlidirlər.
    Buz.Su oxu.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın London Gigiyena və Tropik Tibb Məktəbinin mütəxəssisi Ceyms danışıb.
    Ekspert əlavə edib ki, çox vaxt bu parazitləri əldən alınan mebellərlə evə gətirə bilərik.
    Mələfələrdəki kiçik qan ləkələri evdə taxtabitinin olmasının ilk əlamətidir. Zamanla pas rəngi alan bu qanlı izlər həşəratların əzilməsi zamanı əmələ gəlir.
    Bu barədə öz növbəsində mebel mütəxəssisi Nik Şeklok danışıb.
    Taxtabiti divarlarda tünd ləkələr də qoya bilər, baxmayaraq ki, bu daha az baş verir. Mütəxəssisin sözlərinə görə, əksər hallarda bunlar parazitlərin ifrazatıdır və onların dəri ilə təmasından uzaq durmaq, həmin səthi dezinfeksiya etmək lazımdır.
    Şeklok əlavə edib ki, həyat fəaliyyəti prosesində taxtabitilər dərilərini tökür və yumurta qoyurlar. Onların dərisi xırda, əzildikdə xırçıldayan qabığa bənzər hissəciklərdən ibarətdir.
    "Onların yumurtalarını aşkar etmək daha çətindir. Onlar kiçik, açıq rəngli ləkələr toplusu kimi görünə bilər. Solğun sarı rəngli yumurtaların uzunluğu təxminən bir millimetr olur", - deyə Şeklok bildirib.
    O, həmçinin qeyd edib ki, taxtabitilər vizual olaraq görünməsə də, dişləmələri ilə özlərini bürüzə verə bilərlər.
    "Taxtabiti dişləmələrinin fərqli xüsusiyyəti, onların çox vaxt düz bir xətt əmələ gətirmələridir", - deyə ekspert söhbətini yekunlaşdırıb.
    Buz.Su

    Mənbə: https://news.milli.az/health/1148220.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib30 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    35
    17
    14
    23
    26
    27
    39
    38
    28
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar