Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Fransalı nazir Bakının adamıdır" – Ermənilər aksiya keçirdi Xəbərlər

0

  • Erməni diasporunun Fransadakı "Nor Serund" təşkilatı Rəşidə Datinin Fransanın mədəniyyət naziri təyin edilməsinə etiraz olaraq Parisdə mitinq keçirib.
    Buz.Su axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
    Ermənilər Rəşidə Datini "Azərbaycanın təbliğatçısı" adlandırıblar:
    "Ermənistana həsr olunmuş bu mədəniyyət ilində, xüsusən Şarl Aznavurun anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycan təbliğatının baş dirijorunun Fransanın mədəniyyət naziri təyin edilməsi sağlam düşüncəyə ziddir.
    Yanvarın 11-də Rəşidə Datinin mədəniyyət naziri təyin olunmasını təəccüb və qəzəblə öyrəndik. Bu, iki fransalı diplomatın bir aydan da az əvvəl Azərbaycanda fəaliyyəti dayandırılaraq persona non-qrata elan edilməsindən sonra verilən biabırçı qərardır", - deyə ermənilər bildirib.



    Bəyanatda həmçinin daha absurd iddialar da səsləndirilib. Qeyd edilib ki, İlham Əliyev öz adamını Fransa hökumətinə yerləşdirməyi bacarıb.
    Qeyd edək ki, Rəşidə Dati 2015-ci ildə Azərbaycanı "dini və etnik qruplar arasında əlaqələr baxımından bütün dünyaya nümunə ola biləcək ölkə" adlandırıb. Ermənilər bundan qəzəblidirlər.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1178680.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib21 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    27
    34
    29
    30
    18
    20
    19
    27
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar