Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Fransalı siyasətçi ölkəsini NATO-dan çıxmağa çağırıb Xəbərlər

0

  • Fransa mümkün qədər tez NATO-dan çıxmalıdır, bu təşkilatda qalmaq son dərəcə təhlükəlidir.
    Buz.Su report.az-a istinadən xəbər verir ki, bu fikri "X" sosial şəbəkəsində Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo bildirib.
    O, ABŞ Dövlət katibi Antoni Blinkenin Ukraynanın alyansa üzv olması ehtimalı ilə bağlı sözlərinə belə cavab verib.
    "Amerikanın ağılsız və son dərəcə təhlükəli bəyanatı! Gəlin tezliklə özümüzü bu tələdən qurtaraq, NATO-dan çıxaq və sülhü bərqərar edək!", - F.Filippo yazıb.
    Siyasətçinin fikrincə, ABŞ-nin hərəkətləri dünyanı üçüncü Dünya Müharibəsinə yaxınlaşdırır, onun ilk qurbanları Avropa ölkələri, o cümlədən Fransa olacaq.
    Xatırladaq ki, aprelin 4-də ABŞ Dövlət katibi Antoni Blinken Ukraynanın NATO-ya üzv olacağını, Şimali Atlantika alyansının iyulda keçiriləcək sammitinin bu istiqamətdə "körpü qurmağa" kömək edəcəyini bildirib. Bu sözlər heç də birmənalı qarşılanmayıb.
    Aprelin 5-də amerikalı senator Mayk Li vurğulayıb ki, NATO-da ya ABŞ, ya da Ukrayna ola bilər, amma heç bir halda hər iki ölkə ola bilməz.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1194996.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    18
    21
    18
    9
    33
    31
    2
    31
    26
    27
    26
    37
    12
    12
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar