Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Həkimdən düzgün qaydada bişirilməmiş toyuq ətinin ziyanı barədə XƏBƏRDARLIQ Xəbərlər

0

  • Zəhərlənmənin qarşısını almaq üçün istehlak edilməzdən əvvəl toyuq əti tam termiki emala məruz qalmalıdır.
    Buz.Su oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı diyetoloq, tibb elmləri namizədi Yelena Solomatina danışıb.
    "Məsələn, qril üsulu ilə bişirilmiş toyuq və ya toyuq kababında ətin bəzi hissələri bişməyə bilər və bəzən bu zəhərlənməyə səbəb ola bilər. Bu mənada toyuğun ən təhlükəli yeri quyruq hissəsidir. Əgər tam termiki emala məruz qalmazsa, onun tərkibində yüksək konsentrasiyada salmonella ola bilər", - deyə həkim xəbərdarlıq edib.
    O vurğulayıb ki, belə toyuq ətində bağırsaq çöpləri də ola bilər.
    Solomatina həmçinin toyuq dərisinin tərkibində yüksək miqdarda zərərli yağ olduğuna görə onu yeməməyi məsləhət görüb.
    Həkim toyuq içalatı və ayaqlarını istehlak edərkən də ehtiyatlı olmağı tövsiyə edib.
    "İçalat salmonellyozun inkişaf etdiyi yer ola bilər. Toyuğun ayağında və pulcuqlarında isə tez-tez çirk yığılır. Həddindən artıq yemlənən toyuqların qaraciyəri isə xolesterol mənbəyi ola bilər", - deyə diyetoloq vurğulayıb.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/health/1183261.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib17 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    31
    29
    24
    20
    21
    28
    25
    25
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar