Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Həm gülməlidir, həm ağlamalı - İnanılmaz hadisələr nəticəsində həyatını itirənlər - FOTOlar Xəbərlər

0

  • Təəssüf ki, bədbəxt təsadüflərlə tarixə düşənlər də var. Ölüm zarafat deyil, amma bəzən təəccüblənməmək də mümkün deyil. Heç ağcaqanad dişləməsinə görə ölən adam eşitmişdiniz?
    Buz.Su sfera.az-a istinadən bu yazıda inanılmaz hadisələr nəticəsində həyatını itirən insanlardan bəzilərini təqdim edir.
    1. Şəxsi detektivlər tarixinin qabaqcıllarından olan məşhur detektiv Allan J. Pinkerton bir missiya zamanı yaş yerdə müvazinətini saxlaya bilməyib, sürüşərək yerə yıxılıb.
    Onun başı yerə dəyməsə də, dilini dişləyib, dişləməsi qanqrenaya çevrilib və ölümünə səbəb olub

    2. Bir gün 19-cu əsrin siyasətçisi Corc Herbertin üzünü ağcaqanad dişləyib.
    O, bunu ciddi qəbul etməyib və təraş zamanı dişləmə yerini də təsadüfən kəsib. Konstriktor infeksiyası adlı xəstəliyə tutulan Herbert ölüb. Təsəvvür edirsinizmi? Sadəcə ağcaqanad dişləməsi...

    3. Onlarla müharibə və münaqişələrdən xəbər verən Rumıniya müharibə müxbiri Mile Carpenişan xidməti vəzifəsi zamanı heç bir təhlükə ilə üzləşməsə də...
    Vəzifəsi başa çatdıqdan sonra evə qayıdanda bədənində səbəbi bilinməyən iltihab aşkarlayıb. Həkimlərin çarə tapa bilmədiyi bu vəziyyət günü-gündən təsirini artırıb və septik şok nəticəsində dünyasını dəyişib.

    4. Orkestrin dirijorlarının istifadə etdiyi dəyənəkləri bilirsiniz. Bizim "dirijor çubuqları" kimi tanıdığımız dəyənəklər əvvəllər kifayət qədər böyük idi.
    Fransız bəstəkarı və rəssamı Jan-Batist Lulli sağlığında böyük və ağır olan dəyənəyi yerə atıb və ayağının baş barmağını zədələyib. Bu yaranın qanqrenaya çevrilməsi ilə onun ölümü arasında vaxt isə olduqca qısa olub...

    5. 1989-cu ildə Ole Bentzen adlı danimarkalı məşhur A Fish Called Wanda filminə baxarkən gülməkdən ölüb. Bu, zarafat deyil.
    Belə bir tibbi diaqnoz olmadığından onun yarılması zamanı infarkt keçirdiyi müəyyən edilib.
    6. Məşhur spirtli məhsul markasından adı sizə tanış olan Cek Daniel bir dəfə polad seyfin qapısını aça bilməyib.
    Hamının verəcəyi klassik reaksiya ilə seyfi təpikləyib. Seyf açılmayıb, əvəzində ayağının barmağı qanqren oldu, həkimlər sonda ayağını kəsməli olublar. Amma qanqren onun bütün bədəninə yayılıb və o, az sonra dünyasını dəyişib.



    7. Məşhur illüzionist Houdini verilişlərinin birində maraqlı iddia ilə çıxış edib.
    Onun iddiası belə idi ki, heç bir yumruq, hətta ən ağır zərbə də ona təsir etməyəcək. O, tamaşaçılardan könüllü istəyib və onu bərk vurmasını istəyib. Şansa baxın: könüllü peşəkar boksçu imiş. Houdini yerindəcə keçinib.

    8. Bir müddət internetdə məşhurlaşan bir hekayəni xatırlayaq.
    Dördüncü mərtəbədəki evindən yıxılan kişi möcüzə nəticəsində yüngül xəsarətlərlə sağ qalıb. Sağaldıqdan sonra ona inanmayan dostlarına necə sağ qaldığını başa salmaq üçün yenidən eyni eyvandan və eyni hündürlükdən tullanmağa çalışıb.
    Bu dəfə ölür. Burda adam həqiqətən qəhqəhə çəkir...

    9. Niaqara şəlaləsinin zirvəsindən silindrli borunun üzərinə tullanan Bobbi Liç bu cəhddə həyatını itirməyib.
    Tarixə düşən bu hadisədən çox sonra Liçin ayağı portağal qabığına dəyir. O, sürüşərək, yıxılıb ölür.

    10. Kanadalı hüquqşünas Garry Hoy işlədiyi ofisin pəncərələrinin davamlılığı ilə öyünərək, bu dayanıqlığı sübut etmək üçün özünü davamlı olaraq şüşəyə çırpırmış. Hətta bunu şouya çeviribmiş.

    Bir gün ondan bu tamaşanı təkrarlamağı xahiş ediblər və o, bütün gücü ilə özünü pəncərəyə vurub. Şüşə sınmasa da, bərkidilmə yerindən qopub və Hoyu özü ilə apararaq 24-cü mərtəbədən aşağı atıb...
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/interest/1179996.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib34 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    35
    24
    30
    17
    17
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar