Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Hər zaman qohum evliliyinin əleyhinə olmuşam - Gündüz İsmayılov Xəbərlər

0

  • Əgər tibb və elm qohum evliliyinin insan sağlamlığına ziyan vurduğunu deyirsə, dinin bu məsələyə yanaşması insandan yanadır. Yəni, bu məsələdə heç bir problem yoxdur.
    Buz.Su Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirilən iclasında çıxışı zamanı deyib.
    Sədr müavini hər zaman qohum evliliyinin əleyhinə olduğunu bildirib.
    G.İsmayılov vurğulayıb ki, erkən nikahlarla bağlı dindən sui-istifadə edilir.
    "İslamda bunun qadağan olunmadığı əsas gətirilərək erkən nikaha girirlər. Bugünkü dövr üçün 14 yaşda nikah anormal sayılır. Bu gün yas mərasimlərində olan, qəbiristanlıqlarda dua oxuyan qeyri-rəsmi din xadimlərinin sayı on minlərlədir.



    Ancaq rəsmi təyinat alan din xadimlərinin sayı isə 1 000 nəfərdən çox deyil. Təsir mexanizmlərimiz həmin şəxslərin sayı civarındadır. Ona görə də maarifləndirmə işlərinin gücləndirilməsi mütləqdir", - deyə o əlavə edib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/society/1211005.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi1 həft. öncə
    İzlənib6 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    36
    38
    31
    49
    40
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar