Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"İnsanda nə qədər tərbiyəsizlik olmalıdır ki, səndən soruşulmadığı halda..." Xəbərlər

0

  • Aparıcı Hüsniyə Məhərrəmova paylaşımı ilə diqqət çəkib. 
    Buz.Su axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Amerikaya köçən aparıcı Bakıda tədbirlərdən birinə qatılanda başına gələn hadisəni izləyiciləri ilə bölüşüb:
    "Atam, bunlar düzələn deyil! Bakida 3 gün ərzində Orta Asiya və "Middle East"in ən böyük texnoloji sammiti keçirilirdi. Aparıcılarından biri də mən idim. İkinci günün açılış sessiyasından sonra zaldan çıxarkən, sammit iştirakçıları, xaricdən olan qonaqlar, ünvanıma o qədər xoş söz, kompliment dedilər ki, qızarıb donum rəngdə olmuşdum. Bu anda yalnız bir azərbaycanlı mənə yaxınlaşıb "Hüsniyə xanım, salam, "launch" sözünü düzgün tələffüz etmirsiniz, o söz "lonç" kimi deyilir" dedi. Tənbəllik eləmədim, girdim yoxladım. Mən elə düz deyirmişəm. "Lonç", yox bir hamam... İkincisi də, düşünürəm, insanda nə qədər tərbiyəsizlik olmalıdır ki, səndən soruşulmadığı halda, tanımadığın adama onun səhvini deyəsən, düzəldəsən.
    3 gün ərzində şirkət direktoru 6 rəqəminə "sex" dedi, digəri "triple" sözünə "çipo" dedi (sonda o sözü yazanda başa düşdüm ki, bu 3 gündü triple deyirmiş) və s. Lakin, bunu şərh etmək, ya onu həmin adama bildirmək kiminsə ağlına belə gəlmirdi. Bu pis ton və tərbiyəsizlik hesab olunur.
    Mən hələ Amerikadan danışmıram. İnsanlar görürsə ki, sən pis danışırsan, başlayırlar yavaş danışmağa ki, sən başa düşəsən. Və ya, 30 dəfə "çox gözəl ingiliscə danışırsız" deyəcəklər ki, sənin özgüvənin artsın, rahat olasan.
    Bircə, Azərbaycanda hamı doğulandan "native speaker"di, hamıda da "British accent"di. Hamı da özündə, nədənsə, ağıl öyrətmək ixtiyarı görür. Əslində isə, o qədər aşağılanmış, kompleksli insanlardır ki, digərində səhv tutaraq özünü daha böyük, lazımlı və vacib hiss edir. Yenə heç olmasa tutduğu səhv düz ola, dərd yarı".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1206163.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib38 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    45
    42
    12
    89
    46
    93
    72
    47
    60
    50
    45
    13
    51
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar