Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Keçmiş xanımlarını döyən rusiyalı aktyor: “Yeni sevgilim ona əl qaldıracağımdan qorxmur” Xəbərlər

0

  • Rusiyanın qalmaqallı aktyor və aparıcısı Marat Başarov özündən 13 yaş kiçik aktrisa Asya Borisova ilə münasibətlərindən söz açıb. 
    Buz.Su bizim.media-ya istinadən bildirir ki, "Rossiya 1" kanalında yayımlanan "Həyat və tale" verilişinə müsahibə verən Marat Asyanı özünə uyğun qadın hesab etdiyini və onunla evlənməyə hazırlaşdığını açıqlayıb. 

    Bundan əvvəl 49 yaşlı televiziya ulduzu üç dəfə evlənib. Onun hər iki keçmiş xanımı Başarovu cinsi və məişət zorakılığından ittiham edib. Keçmiş həyat yoldaşı Yekaterina Arxarova bildirib ki, sənətçi onu o qədər döyüb ki, xəstəxanaya getməli olub. İkinci həyat yoldaşı Yelizaveta Şevırkova da ailə münaqişələri nəticəsində aldığı xəsarətlərdən sonra həkimlərdən kömək istəyib.

    Başı səs-küylü hadisələrdən açılmayan Başarov yenidən evlənməyə hazır olduğunu dilə gətirib: 

    "Bu, ilk baxışdan sevgi idi. Hələ evlilik təklifi etməmişəm, amma bu haqda düşünürəm. Baxmayaraq ki, deyirlər ki, eyni çınqılların üstünə addım atma, amma mən basacağam!
    Əminəm ki, bu dəfə də ayağımızın altında ruhlu, yüngül, gözəl, ailə çınqılları olacaq". 

    Başarovun sözlərinə görə, yeni sevgilisi ona güvənir və buna görə də ona əl qaldıracağından qorxmur: 

    "Necə deyərlər, canavardan qorxursansa, meşəyə getmə". 
    Buz.Su

    Mənbə: https://news.milli.az/showbiz/1144718.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    19
    24
    31
    28
    13
    13
    12
    25
    7
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar