Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
KİV: Ermənistan Hindistandan yeni silahlar alır Xəbərlər

0

  • Ermənistan müdafiə tədarükü strategiyasını genişləndirir, Hindistandan daha geniş çeşiddə hərbi məhsullar, o cümlədən qabaqcıl PUA-lar və orta mənzilli raketləri almağa çalışır.
    Buz.Su APA-ya istinadla xəbər verir ki, bu barədə "Indian Defense Research Wing" portalı məlumat yayıb.
    Qeyd olunub ki, Ermənistan artıq "Akaş 1S" hava hücumundan müdafiə sistemini alıb, Hindistan və İsrailin birgə əməkdaşlığı nəticəsində hazırlanmış MR-SAM orta mənzilli raketlərini, "Akaş-NG" orta mənzilli hava hücumundan müdafiə sistemlərini əldə etmək imkanlarını müzakirə edir.
    "Hindistan gələn il başlanılması gözlənilən "Akaş 1S" sisteminin tədarükünə hələ başlamayıb. "Akaş 1S" 30 km-ə qədər məsafədə təyyarələri vura bilən müasir hava hücumundan müdafiə sistemidir, havadan gələn təhlükələrdən etibarlı müdafiəni təmin edir. Ermənistan "Akash 1S"dən başqa daha iki raket əleyhinə müdafiə sisteminə maraq göstərib. Hindistan və İsrailin birgə əməkdaşlığı nəticəsində hazırlanmış MR-SAM artıq istehsaldadır və effektivliyini sübut edib. "Akash" raketinin təkmilləşdirilmiş versiyası olan "Akaş-NG" isə hələ də Hindistan Ordusu və Hərbi Hava Qüvvələrindən onun gəlişini 2-3 il gecikdirə biləcək əmrləri gözləyir", - IDRW portalı qeyd edir.
    IDRW mənbələrinin bildirdiyinə görə, "Akaş 1S" sisteminin tədarükü başladıqdan sonra Ermənistan müdafiə tələblərini təmin etmək üçün "MR-SAM" və "Akash-NG" sisteminin hərtərəfli texniki qiymətləndirilməsini keçirməyi planlaşdırır.



    "Bu qiymətləndirmələrə əsasən, "MR-SAM" və "Akaş-NG" ilə bağlı qərar veriləcək", - portal qeyd edib.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1212629.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 həft. öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    49
    48
    57
    38
    49
    71
    40
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar