Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Koronovirusun altsheymer və ifliclə əlaqəsi var? - Araşdırma Xəbərlər

0

  • ABŞ-li tədqiqatçılar belə qənaətə gəliblər ki, koronavirusa yoluxma Altsheymer xəstəliyi və Cillan-Barre sindromunun inkişaf riskini artıra bilər.
    İki araşdırmaya görə, Altsheymer xəstəliyi və Cillan-Barre sindromu həyatında ən azı bir dəfə bu virusa yoluxanlarda daha çox rast gəlinir.
    Buz.Su oxu.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, koronavirus infeksiyası beyin dumanlanması, baş ağrıları və konsentrasiyanın itirilməsi kimi problemlərlə əlaqəlidir. Bu simptomlara məruz qaldıqda, demansiyanın ən çox yayılmış forması olan Altsheymer xəstəliyinin inkişafına kömək edən neyrodegenerasiya baş verir.
    İrvayn Kaliforniya Universitetinin mütəxəssisi Tomas Leyn növbəti bir neçə il ərzində infeksiya və neyrodegenerativ xəstəliklər arasında əlaqəni dəstəkləyən yeni dəlillərin ortaya çıxacağına əmindir.
    İkinci araşdırmada insanın immun sisteminin periferik sinir sisteminə hücum etdiyi nadir xəstəlik olan Cillan-Barre sindromu ilə koronavirus arasında potensial əlaqə gözdən keçirilib.
    Əsasən ayaqlar, əllər və ətraflar təsirə məruz qalır, insanlar uyuşma, zəiflik və ağrı hiss edirlər. Ağır hallarda xəstələr hərəkət etmək, yerimək, nəfəs almaq və udmaqda çətinlik çəkirlər ki, bu da son nəticədə iflicə səbəb ola bilir.
    Buz.Su

    Mənbə: https://news.milli.az/health/1151456.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    11
    31
    25
    20
    38
    14
    19
    13
    6
    26
    17
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar