Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Körpü uçması nəticəsində xəsarət alanların son vəziyyəti AÇIQLANDI Xəbərlər

0

  • Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpünün uçması nəticəsində TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (kişi) yerləşdirilib.
    Buz.Su xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
    "Xəsarət alanların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1999-cu il təvəllüdlü vətəndaşa alt çənənin əzilmiş yarası, sol mil sümüyünün sınığı diaqnozu qoyulub və vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
    1966-cı il təvəllüdlü vətəndaşın müalicəsi hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində aparılır. Ona qabırğaların çoxsaylı sınıqları, travmatik şok diaqnozları qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.
    Qarının küt travması, sağ bud sümüyünün yuxarı üçdə birinin qapalı yerdəyişən sınığı diaqnozu qoyulan 1984-cü il təvəllüdlü pasiyentin vəziyyəti orta ağırdır. O, ailəsinin istəyi ilə Bakı şəhərində yerləşən tibb müəssisəsinə təxliyə olunur", - məlumatda deyilir.
    Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub. Nəticədə Xaçmaz-Xudat yolu bağlanıb.

    Buz.Su 

    Mənbə: https://news.milli.az/country/1143520.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    22
    15
    23
    18
    85
    28
    12
    27
    32
    14
    21
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar