Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
MDB PA-nın nümayəndə heyəti Məzahir Pənahovla görüşüb Xəbərlər

0

  • Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) geniş tərkibdə nümayəndə heyəti bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) olub.
    Buz.Su Secki-2024.az-a istinadən xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov MDB PA-nın Müşahidə Missiyasının rəhbəri, nümayəndə heyətinin rəhbəri, Qazaxıstan Respublikası Parlamentinin Senatının sədr müavini, MDB PA beynəlxalq müşahidəçilərinin qrup koordinatoru Jakip Asanov və nümayəndə heyətinin üzvləri ilə görüşüb. Qonaqları ölkəmizdə görməkdən məmnun qaldığını bildirən MSK sədri seçki prosesini izləmək üçün Azərbaycan tərəfinin dəvətini qəbul etdiklərinə görə nümayəndə heyətinə təşəkkürünü bildirib.
    MSK sədrinin sözlərinə görə, budəfəki seçkilər həm də ona görə əlamətdardır ki, Azərbaycanın bütün ərazilərini əhatə edəcək. Nümayəndə heyətini seçkilərə hazırlıqla bağlı ətraflı məlumatlandıran Məzahir Pənahov seçicilərin və müşahidəçilərin sayı, bülletenlerin çapı və digər məsələlər barədə qonaqları məlumatlandırıb, xeyli sayda beynəlxalq təsisat və təşkilatın seçkiləri müşahidə etmək üçün ölkəmizə gəldiyini deyib.  Bildirib ki, seçkiyə hazırlıq Azərbayan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb və seçicilərin rahat səs verə bilməsi üçün hərtərəfli şərait yaradılıb. 
    MSK sədri Azərbaycanın MDB-nin üzv dövlətləri ilə səmimi əlaqələrini qeyd edib.
    Dəvətə və etimada görə təşəkkürünü bildirən Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Senatının sədr müavini Jakip Asanov prezident seçkilərində Azərbaycan xalqına və dövlətinə uğurlar arzulayıb. Missiya rəhbəri seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun, beynəlxalq standartlar çərçivəsində baş tutacağına inandığını söyləyib. Vurğulayıb ki, Azərbaycan xalqının düzgün seçim edəcəyinə və ölkənin tərəqqisi, rifahı naminə layiqli namizədə səs verəcəklərindən əmindir. 
    Missiya rəhbəri seçki prosesinə hazırlıq işinin yüksək səviyyə olduğunu və seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu qeyd edərək, bu işdə Azərbaycan Mərkəzi Seçki Komissiyasının fəaliyyətini yüksək qiymətləndirib.



    MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski də öz növbəsində təşəkkürünü ifadə edərək Azərbaycanda olmaqdan, seçkiləri müşahidə etməkdən məmnunluğunu ifadə edərək fevralın 7-də keçiriləcək prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün müvafiq şəraitin yaradıldığını diqqətə çatdırıb. 
    Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1180623.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    25
    24
    32
    31
    26
    22
    29
    28
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar