Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı Xəbərlər

0

  • Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu) istehsalını məhdudlaşdırmağa imkan verir.
    Buz.Su oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Şimali Karolina ştatındakı "True You Weight Loss" özəl tibb klinikasının alimləri bəyan ediblər.
    Bildirilib ki, piylənmənin müalicəsinin yeni eksperimental üsulu xəstənin mədəsinə kamera ilə tibbi jqut və toxumanı qorumaq üçün xüsusi maye doldurulmuş rezervuarı daxil etməklə həyata keçirilir. Endoskop, həmçinin mədənin yuxarı hissəsinin selikli qişasını (bu zonada aclıq hormonu istehsal olunur) qismən "yandırmaq" üçün istifadə olunan qızdırıcı elementlərlə təchiz edilib.
    Tədqiqatçılar qeyd ediblər ki, bu prosedur minimal invazivdir - bunun üçün mədənin hissələrinin cərrahi yolla çıxarılması, tikiş və ya orqana müxtəlif doldurucuların (balonların) daxil edilməsi tələb olunmur.
    Eksperimental terapiya artıq 10 könüllü üzərində sınaqdan keçirilib. Belə bir müdaxilədən sonra pasiyentlərin bədənində qrelinin aktivliyi 40% azalıb. Eyni zamanda, bütün iştirakçılar yeməklərini azaltdıqları üçün çəki itirmə prosesinə başlanıb.
    Tədqiqat bu ay qastroenteroloqlar, diyetoloqlar və tədqiqatçıların "Həzm sistemi Xəstəlikləri Həftəsində" (DDW) təqdim olunacaq.



    Alimlər, həmçinin tədqiqatlara və bu cür müalicənin uzunmüddətli təhlükəsizliyini qiymətləndirməyə davam etmək niyyətindədirlər.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/health/1203035.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi1 həft. öncə
    İzlənib4 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12
    19
    19
    30
    23
    28
    29
    7
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar