Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Messiyə matçdan sonra butulka atdılar - VIDEO - FOTO Xəbərlər

0

  • MLS-də "Los-Anceles"lə səfər oyunundan sonra azarkeşlərdən biri "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messiyə butulka atıb.
    Sonxeber.pro report-a istinadən xəbər verir ki, argentinalı mühafizəçisinin müşayiəti ilə meydanı tərk edirmiş və bu zaman tribunadan futbolçuya butulka atılıb. Butulka Messiyə dəyməyib, futbolçu şüşəni görən kimi aşağı əyilib.
    Qeyd edək ki, Messi həmin görüşdə iki məhsuldar ötürmə edib.
    Ötən ayın sonlarında Lionel Messi özünə cangüdən tutub. Futbolçu üçün cangüdəni Amerika klubunun həmsahibi Devid Bekem seçib. Mühafizəçi ABŞ Ordusunun xüsusi təyinatlılarının İraq və Əfqanıstanda döyüş təcrübəsinə malik və döyüş sənətində mahir olan keçmiş əsgəridir. O, həmçinin bir neçə MMA döyüşlərində iştirak edib.
    Futbolçunun cangüdəni müştərisini hər hansı arzuolunmaz təmasdan qorumaq üçün "İnter Mayami"nin matçları zamanı meydançanın kənarı ilə qaçır.
    Messi yay transfer pəncərəsində "İnter Mayami"yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. O, bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/sport/1141481.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib36 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    32
    26
    28
    25
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar