Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Moskva saatını Bakı vaxtı ilə uyğunlaşdırmaq istəyir" - Ekspert Xəbərlər

0

  • "Əliyevin bu gün Moskvaya işgüzar səfəri bir sıra mühüm hadisə fonunda baş tutur".
    Buz.Su xəbər verir ki,  siyasi şərhçi Asif Nərimanlı bunu öz sosial şəbəkə hesabında  Azərbaycan Prezidentinin Rusiya paytaxtına səfərini şərh edərkən bildirib.

    Ekspert mühüm hadisələri aşağıdakı qaydada sıralayıb: "Rusiya sülhməramlıları Azərbaycan ərazisini vaxtından əvvəl tərk edir; Qazaxın işğal altındakı kəndlərindən dördünün qaytarılması haqda razılaşma ilə delimitasiya prosesində ciddi irəliləyiş baş verir; Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri gözlənilir".
    A.Nərimanlı bildirib ki, Qarabağdan tamamilə çıxan Rusiya Cənubi Qafqazda mövqelərinə yaranmış risklərdən narahatdır: "Bəllidir ki, Bakı-İrəvan xəttində iştirakçılığını bu və ya digər formada saxlamağa çalışacaq. Moskvada Əliyevlə Putin bu kontekstdə iki məsələni müzakirə edə bilər. Birincisi, Moskvanın təşəbbüsü ilə Azərbaycan-Rusiya-Ermənistan formatında görüşün keçirilməsidir: Paşinyan Moskvaya səfər edərsə, Putin bu məsələni onunla da müzakirə edəcək, lakin əvvəlcə Əliyevlə razılaşmağa ehtiyac var. İkincisi, Moskva Bakı-İrəvan xəttində iştirakını bundan sonra əsasən sərhədin delimitasiyası məsələsi üzərindən təmin edə bilər, bunun üçün delimitasiya prosesində Rusiya Baş Qərargahında saxlanılan xəritələrin aktuallaşması lazımdır".
    Siyasi şərhçi qeyd edib ki, 4 kəndin qaytarılması ilə nəticələnən 19 aprel razılaşması xəritələri arxa plana keçirir: "Hərçənd, razılaşma Bakıya sərhədin digər hissələrinin delimitasiyasında prinspin dəyişdirilməsi - xəritələrin ön plana çıxarılması imkanını da verir. Moskva Bakıdan sərhədin digər hissələrinin müəyyənləşməsində xəritələrdən çıxış etməsini istəyə bilər. Ki, bu həm də SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizlə bağlı olduğu üçün Azərbaycanın da maraqlarına uyğundur. Bakı və Moskvanın bu məsələdə uzlaşan gündəliyi müzakirə mövzularında biri ola bilər. Ümumilikdə Əliyevlə Putinin əsas gündəliyi sülhməramlıların gedişindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətlə bağlıdır. Ermənistanda anti-Rusiya siyasi xəttin inkişafı Moskvanın bölgədə Azərbaycanı əsas tərəfdaş kimi görməsini şərtləndirib. Bu kontekstdə Moskva saatını Bakı vaxtı ilə uyğunlaşdırmaq istəyir".

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/politics/1198566.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 həft. öncə
    İzlənib12 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17
    30
    16
    17
    30
    30
    13
    14
    31
    3
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar