Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Naməlum şəxs Yunanıstanın ABŞ-dakı Baş konsulluğunı yandırmaq istəyib Xəbərlər

0

  • Naməlum şəxs Yunanıstanın Nyu-Yorkdakı Baş Konsulluğunun girişində bitkilərin üzərinə tezalışan maye tökərək yanğın törətməyə cəhd edib.
    Buz.Su report.az-a istinadən xəbər verir ki, Yunanıstanın Nyu-Yorkdakı Baş konsulu Dinos Konstantinu ölkəsinin ERT-1 telekanalına müsahibəsində bildirib ki, alov yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
    "Naməlum şəxs Yunanıstanın Nyu-Yorkdakı konsulluğunun girişindəki bitkilərin üzərinə tökdüyü alışan mayedən istifadə edərək, onun girişini yandırmağa cəhd edib", - Konstantinu bildirib. "Yanğınsöndürənlərin dərhal reaksiyası sayəsində alov geniş əraziyə yayılmayıb və mən onlara öz minnətdarlığımı bildirmək istəyirəm", - baş konsul bildirib. O, həmçinin əlavə edib ki, insident nəticəsində xəsarət alan olmayıb.
    Konstantinu qeyd edib ki, oxşar hallar əvvəllər də baş verib. "Biz səbəbləri bilə bilmərik. Polis orqanlarının apardığı araşdırma zamanı onlar cinayəti törədənin kimliyini müəyyən edəcəklər - müşahidə kameralarından da video çəkilişlər var - və biz daha çox öyrənəcəyik", - Yunanıstan nümayəndəsi bildirib.



    Binada həmçinin Baş konsulun və Yunanıstanın BMT-dəki daimi nümayəndəsinin iqamətgahı yerləşir. Konstantinu qeyd edib ki, istintaqda FTB-nin də iştirakı gözlənilir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1167926.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi5 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    5
    23
    3
    30
    27
    35
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar