Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Nöqsanlar aşkarlanmış dondurmalar yenə satışdadır? - AÇIQLAMA Xəbərlər

0

  • Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinqinin nəticələrinə görə, nöqsanlar aşkarlanmış dondurmaların hələ də satışda olması ictimaiyyətdə narahatlıq yaradıb.
    Buz.Su xəbər verir ki, məsələ ilə bağlı Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı hazırda proses davam etdirilir:
    "AQTA-nın sözügedən məlumatında konkret istehsal tarixli məhsul partiyasından söhbət gedirdi. Həmin istehsal tarixli məhsulların satışdan geri çağırılması ilə bağlı proses gedir. Yaxın günlərdə bununla bağlı rəqəmlər də açıqlanacaq".
    Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib.
    Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
    Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
    Uyğunsuzluq aşkarlanan dondurma məhsulları aşağıdakılardır:
     








    Məhsulun adı


    İstehsalçı


    Məhsulun partiyası, istehsal və son istifadə tarixi


    Aşkar edilmiş uyğunsuzluq




    1


    "İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurma


    "Rich S.A" MMC


    30.03.2024-30.01.2025


    Enterobacteriaceae bakteriyası




    2


    "Soyuq" əmtəə nişanlı südlü kakaolu dondurma


    04.04.2024-04.02.2025


    Enterobacteriaceae bakteriyası




    3


    "Soyuq" əmtəə nişanlı südlü çiyələkli dondurma


    03.04.2024-26.01.2025


    Enterobacteriaceae bakteriyası




    4


    "İce Dream" əmtəə nişanlı şokoladlı plombir dondurma


    30.03.2024-30.01.2025


    Enterobacteriaceae bakteriyası




    5


    "Yolka" əmtəə nişanlı qaymaqlı dondurma


    30.03.2024-30.01.2025


    Enterobacteriaceae bakteriyası




    6


    "Qoşa Qapı" əmtəə nişanlı vanilli Eskimo dondurma


    "Camal LTD" MMC


    02.04.2024-02.02.2025


    Enterobacteriaceae bakteriyası




    7


    "Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli plombir dondurma


    Fiziki şəxs Yusubova Səringül
    Kərəm qızı


    22.04.2024-22.02.2025


    Enterobacteriaceae bakteriyası




    8


    "Zoluşka" əmtəə nişanlı portağallı Eskimo dondurma


    10.04.2024-10.02.2025


    Enterobacteriaceae bakteriyası




    9


    "Selena" əmtəə nişanlı südlü çiyələkli dondurma


    29.04.2024-28.02.2025


    Enterobacteriaceae bakteriyası




    10


    "Naturalika" əmtəə nişanlı Eskimo dondurma


    Fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu


    27.04.2024-27.02.2025


    Enterobacteriaceae bakteriyası



    Mənbə: https://news.milli.az/country/1212599.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 həft. öncə
    İzlənib16 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    68
    51
    62
    29
    49
    38
    34
    62
    53
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar