Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"O olmasın, bu olsun" tamaşası keçirilib - FOTO Xəbərlər

0

  • Martın 6-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasında Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası nümayiş olunub.
    Üzeyir Hacıbəylinin yaradıcılığına məxsus ən populyar əsərlərdən biri olan "O olmasın, bu olsun" musiqili komediyası 1910-cu ildə qələmə alınmışdır.  Tamaşanın premyerası  25 aprel 1911-ci ildə məhz Opera və Balet Teatrının binasında baş tutmuşdur. 2006-cı ildə Opera və Balet Teatrının rəhbərliyi yenidən bu ölməz əsərə müraciət etmiş, onu yeni quruluşda səhnəyə qoymuş və repertuara daxil etmişdir.
    Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissoru olduğu tamaşada əsas rollarda Teatrın bir çox aparıcı solistləri -  Xalq artistləri Azər Zeynalov (Məşədi İbad) və Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər  Ramil Qasımov (Sərvər), Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (Qocu Əsgər), Ələkbər Əliyev (Həsənqulu bəy), Tural Ağasıyev (Rza bəy), solistlər Günel Hacıyeva (Gülnaz), Fəhmin Əhmədli (Həsən bəy),  Xalıq Bəkirov (Hambal) və b. çıxış ediblər.
    Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.



    Buz.Su

    Mənbə: https://news.milli.az/culture/1188665.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaMədəniyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib17 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    34
    12
    39
    12
    31
    45
    33
    28
    16
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar