Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Onlar Azərbaycana təzyiq göstərirlər... - Kalaşnikov Xəbərlər

0

  • 2024-cü ildə Azərbaycanda və Rusiyada prezident seçkiləri keçiriləcək. Həm İlham Əliyevin, həm də Vladimir Putinin nüfuzu göz qabağındadır, onları əhalinin böyük əksəriyyəti dəstəkləyir.
    Buz.Su axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov "Moskva-Bakı" nəşrinə geniş müsahibəsində deyib.
    "Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev beynəlxalq hüquq baxımından suveren Azərbaycan torpaqları olan əraziləri öz nəzarətinə qaytardı. O, bu məsələyə son qoydu. O, bunu 9 (10) noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasının qarantı olan Vladimir Putinin köməyi və obyektiv iştirakı ilə etdi. Təcrübə və tarixin göstərdiyi kimi, müxtəlif zəmanətlər var. Biz xatırlayırıq ki, Ukraynada Yanukoviçin devrilməsindən üç gün əvvəl Avropadan olan zaminlər hansısa sabitliyə zəmanət verən sənədlərə necə imza atmışdılar... Üç gün sonra isə özləri çevriliş etdilər. Bu da sizin üçün zəmanət! Yaxud ATƏT-in Qarabağ üzrə Minsk qrupunun eyni "zaminləri". Ümumiyyətlə, bu qrup məsələnin yekun həlli baxımından barmağını belə tərpətməyib", - o bildirib.
    Kalaşnikovun sözlərinə görə, Rusiya həmişə Cənubi Qafqazda sülhün tərəfdarı olub və tərəfdarıdır:
    "Bu gün region dövlətləri arasında sülh və konstruktiv qarşılıqlı fəaliyyət üçün belə imkanlar yaranıb. Rusiya bu gün bizə qarşı niyyətləri sülhpərvər olmaqdan uzaq olan kollektiv Qərblə qarşıdurmadadır. Onlar da Azərbaycana təzyiq göstərirlər. Ona görə də ölkələrimiz üçün 2024-cü ildə xüsusi çağırışlar olacaq. Bir çox qüvvə cəmiyyətlərimizi silkələmək istəyir. Ona görə də hesab edirəm ki, konsolidasiya lazımdır. Vladimir Putin və İlham Əliyevin rəhbərlik etdiyi Rusiya və Azərbaycanı bu gün həqiqətən də əsl suveren ölkələr adlandırmaq olar.



    Putin də, Əliyev də bundan çox-çox əvvəl müstəqil siyasət yürüdürdülər və nümayiş etdirirdilər ki, bizim ölkələr heç bir qütbə tabe olmayacaq, öz ölkələrinin mənafeyinə uyğun olmayan bir iş görməyəcək - çoxqütblülük uğrunda mübarizə o vaxtından başlamışdı. O mübarizə bu gün də davam edir. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və son illər bu struktura rəhbərlik edir. Və Hərəkat ölkələri də bu gün heç kim tərəfindən idarə olunmaq istəmədən öz siyasətlərini həyata keçirməyə çalışırlar".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1172563.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib24 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    31
    24
    17
    30
    34
    23
    14
    34
    20
    22
    23
    22
    29
    29
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar