Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Övladlarımın tanınmış sima olmalarını istəmirəm” Xəbərlər

0

  • "Üç oğlan övladım var. Böyük oğlumun 14, digər əkiz övladlarımın isə 13 yaşları var. Onlar hələ uşaqdırlar. Hələ məktəb oxumalı, sonra universitetə qəbul olmalı və daha sonra əsgər getməlidirlər. Onları böyütmək çox çətindir. Məsuliyyət var. Camaat bir övladla bacarmır, amma mən evdə üç oğlan övladı böyüdürəm. Onların tərbiyələrinə, dərslərinə, əxlaqlarına, geyimi-keçimlərinə, yemək-içməklərinə, davranışlarına nəzarət edirlər".
    Buz.Su bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni İzzət Bağırov "Maqazin plyus" verilişinə müsahibəsində deyib.
    Sənətçi övladlarını nəzarətdə saxladığını bildirib:

    "Biz "zamanı" əlimizdə tutub deyirik ki, "indiki zaman"... Nə indi, nə də ki keçmiş... Övlad böyütmək çətin məsələdir. Biz müassir dövrdə yaşayırıq. Əvvəllər biz uşaq olanda maksimum velosipedimiz və topumuz vardı. Amma hazırda "internet dövrü"dür. Bu səbəbdən də uşaqları düzgün şəkildə nəzarət etmək lazımdır. Şükürlər olsun ki, bunu etməyi bacarıram".

    Üç oğlan atası Bağırov onların məşhur olmağını istəmədiyini vurğulayıb:

    "Uşaqlarım musiqini sevir və maraqlanırlar. Amma mən istəmirəm. Mən onların başqa sahə ilə məşğul olmaqlarını istəyirəm. Övladlarımın tanınmış sima olmalarını istəmirəm. Buna qarşıyam. Tanınmış olanda çox şeydən məhrum olursan. Ona görə çalışmalısan ki, özünü qoruyasan. Biz suyu belə üfürərək içirik. Bir söz deyərəm, ondan sonra səni 30 il sevən insanın birdən-birə səndən acığı gələr. Məşhurluğu qazanmaq çox asandır. Amma onu illərlə qoruyub, saxlamaq hər insanın işi deyil".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1206433.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    105
    3
    76
    55
    105
    23
    31
    88
    95
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar