Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Paşinyan Makrona, Makron Paşinyana çevrilir Xəbərlər

0


  • Fransa ilə Ermənistan özlərinin də nəticəsini təxminləməyə bilmədikləri oyuna başlayıblar


    "Bir neçə ay əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan sədri olduğu partiyanın rəhbərliyindən ibarət məhdud dairədə bəyan edib ki, 2020-ci ilin noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndini ləğv edəcəklər".
    İrəvanda çıxan "Hraparak" qəzeti belə yazıb.
    Xatırladaq ki, sözügedən sənədin 9-cu bəndində deyilir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir".
    Nikol Paşinyan isə Ermənistan ərazisindəki hər hansı strateji əhəmiyyətli marşruta, xüsusilə də Zəngəzur dəhlizinə Rusiyanın nəzarətini istəmir.
    O, 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı açıq deyib ki, "ölkə ərazisində kommunikasiyaların təhlükəsizliyinin təminatı" məqsədilə Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi idarənin yaradılmasını düşünür.
    Bütün bunlarla yanaşı, hazırda Ermənistan ərazisində insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin sərhəddən buraxıldıqlan sonra hərəkətinə nəzarət etmək üçün patrul polisi işə cəlb olunub.
    Nikol Paşinyanın qərarı təsadüf və ya spontan istək deyil.
    Rusiyanın Ermənistandakı proseslərə, xüsusilə də İrəvanın xarici siyasətinə və iqtisadiyyatına təsir imkanlarını minimuma endirməyə çalışan Qərbin əsas tələblərindən biri də məhz kommunikasiyalarla bağlıdır.
    Fransanın liderlik etdiyi Qərb qruplaşması Ermənistandan bunu tələb edir və israrla bildirirlər ki, rəsmi İrəvanla Moskva arasındakı geosiyasi tərəfdaşlıq, siyasi-hərbi müttəfiqlik və intensiv iqtisadi əlaqələr sona çatmalıdır.
    Son günlər Ermənistan hakimiyyətinin mənsublarının açıqlamaları da bəhs edilən məcradadır.
    Belə ki, ilk əvvəl Nikol Paşinyan ölkə ərazisindən keçəcək yeni marşrutların və kommunikasiya xətlərinin dəhlizlər sayılmayacağını vurğulayıb. Onun sözlərinə görə, nəqliyyat marşrutlarının təhlükəsizliyini onların keçdikləri ölkələrin müvafiq strukturları təmin etməlidir.
    Ermənistanın baş nazirinin bəyanatındakı fikirləri daha sonra parlamentin spikeri, XİN başçısı, nazirlər, hakim partiyadan olan deputatlar, media rəhbərləri və hətta bloqerlər təkrarlamağa başlayıblar.
    Belə açqılamaları Rusiya Federasiyasının kütləvi informasiya vasitələri və siyasi analitiklər Paşinyanın nəzarətindəki isteblişmentin Azərbaycana qarşı yönəlmiş mövqeləri kimi qələmə verirlər.
    Amma belə deyil - əyanatlarda Azərbaycanın maraqları yox, Rusiyanın mövqeləri və mənafeləri hədəfə alınıb.
    Moskva da bunu anlayır və preventiv tədbirlər görəcəyini üstüörtülü şəkildə bəyan edir.
    Di gəl, belə tədbirlər görülməyin vaxtı çoxdan keçib. Rusiya Federasiyası indi aşkar şəkildə Fransanın təlimatları ilə hərəkət edərək anti-Rusiya mövqelərini sərtləşdirən Ermənistan rəhbərliyinin son qərarları ilə bağlı konkret, təxirəsalınmaz addımlar atmalıdır.
    Nikol Paşinyan ölkə ərazisindən keçə biləcək yeni transregional və beynəlxalq nəqliyyat marşrutlarında təhlükaəsizliyin yerli strukturlar tərəfindən təmin olunacağını bəyan edərkən əslində Rusiyanı bütünlüklə proseslərdən kənarlaşdırmaq niyyətinə işarə vurur.
    Ermənistandakı dəmiryol şəbəkəsinin "Rusiya Dəmir Yolları" (RJD) dövlət şirkətinin nəzarətində olduğunu nəzərə alsaq, Zəngəzur dəhlizi layihəsinin gerçəkləşəcəyi təqdirdə uzunluğu təqribən 44 km təşkil edəcək hissə beynəlxalq hüquq baxımından Rusiyanın əmlakı sayılacaq.
    Belədə Moskva Ermənistandakı yeni əmlakının mühafizəsi, fəaliyyəti və təhlükəsizliyinin təminatı üçün birbaşa cavabdehlik daşımaqla yanaşı, marşruta kontrol imkanlarını da əldə edəcək.
    Təbii ki, Fransa buna yol vermək niyyətində deyil: Zəngəzur dəhlizi layihəsi Parisin bölgəmizlə bağlı geosiyasi ssenarilərini xeyli zəiflədə bilər.
    Fransa prezidenti Emmanuel Makron dəfələrlə bəyan edib ki, Rusiyanın Cənubi Qafqazda mövqelərini qorumasına imkan vermək niyyətində deyil. Sözügedən mövqelərin güclənməsi isə ümumiyyətlə, Paris üçün ən arzuolunmaz ssenaridir.
    Regional layihələrlə yanaşı, beynəlxalq kommunikasiya yolları və dəhlizlərində nəzarətçi funksiyasını yerinə yetirməyə can atan Fransa bu səylərini Azərbaycanla Ermənistan arasındakı danışıqlarda moderator funksiyası ilə paralel yiyələnmək arzusundadır.
    Son vaxtlar Almaniyanın da proseslərə Fransanın farvaterində qatılması da Makronun cəhdlərinin aktivləşməsindən xəbər verir. Xüsusilə də Almaniyanın Ermənistandakı səfiri Viktor Rixter anrti-Azərbaycan isteriyasında Yelisey Sarayını da üstələmək fikrinə düşüb. Belə ki, o, Avropa İttifaqı ölkələrinin Azərbaycana qarşı cəza sanksiyaları tətbiq edə bilməyəcəyinə təəsüfləndiyini vurğulayıb.
    Halbuki nə Fransa, nə də Almaniya ölkəmizə qarşı sanksiyalar tətbiq edə bilməyəcəklər və Avropa İttifaqının digər ölkələrini də buna sövq etmək istəklərində uğur əldə etməyəcəklər.
    İsterik Makrondan və rasional görünməyə çalışan Olaf Şoltsdan fərqli olaraq, Aİ üzvü olan digər ölkələrin dövlət və hökumət başçıları reallıq hissini itirməyiblər.
    Onlar Rusiyanın Cənubi Qafqazdan çıxarılması kimi idefiks üçün illüziyalara inanmaq niyyətində deyillər.
    Ermənistanın baş naziri Nikol Paşinyandan fərqli olaraq...
    Elçin Alıoğlu
    TREND

    Mənbə: https://news.milli.az/politics/1154910.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14
    22
    16
    9
    34
    15
    20
    26
    22
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar