Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Piylənmənin uşaqlar üçün yaratdığı yeni təhlükələr açıqlanıb Xəbərlər

0

  • "Lids" Universitetinin (Böyük Britaniya) alimləri müəyyən ediblər ki, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı riski əhəmiyyətli dərəcədə yüksəkdir. Bu vəziyyət diqqət, konsentrasiya və yaddaşa mənfi təsir göstərir, həmçinin autizm və diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu kimi xəstəliklərin inkişaf riskini artıra bilər.
    Buz.Su report.az-a istinadən xəbər verir ki, nəticələr "BMJ (British Medical Journal) Global Health"də dərc olunub.
    Tədqiqat zamanı alimlər bədəndə piylənmə və dəmir çatışmazlığı arasındakı əlaqəyə dair minlərlə mövcud elmi işi təhlil ediblər. Meta-analizə daxil edilən tədqiqatların iştirakçıları müxtəlif ölkələrdən olan uşaqlar və 25 yaşdan kiçik insanlar olub.
    Məlum olub ki, kök və artıq çəkidən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı anemiyasının inkişaf riski xeyli artıb. Bu, bədəndə dəmir səviyyəsinin azalması ilə xarakterizə olunan, qanda qırmızı qan hüceyrələrinin və hemoglobinin konsentrasiyasının azalmasına səbəb olan patoloji vəziyyətdir.
    Dəmir çatışmazlığı artan yorğunluğa, yaddaşın və konsentrasiyanın azalmasına səbəb ola bilər. Həmçinin uşaqlarda anemiyanın autizm və diqqət çatışmazlığı hiperaktivlik pozuqluğuna təhrikçisi olduğu qeyd edilir. Alimlərin fikrincə, kök uşaqların orqanizmində dəmir çatışmazlığı pis qidalanma ilə bağlı ola bilər.
    Xüsusilə, fəst-fud, şirniyyat, çips və şəkər tərkibli içkilərin qəbulu da pis qidalanmaya daxildir. Belə qidalarda çoxlu yağlar və karbohidratlar olur.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/health/1196305.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    15
    28
    13
    29
    23
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar