Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Premyer Liqa: “Sumqayıt” mövsümdə ilk dəfə xal itirib Xəbərlər

0

  • Azərbaycan Premyer Liqasında IV tura start verilib.
    Sonxeber.pro report-a istinadən xəbər verir ki, açılış oyunu "Dalğa Arena"da keçirilib.
    Mövsümün ilk iki matçında qələbə qazanan "Sumqayıt" yenidən elitaya qayıdan "Araz-Naxçıvan"ın qonağı olub. Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşün birinci hissəsində qapılara qol vurulmayıb.
    Hesabı 63-cü dəqiqədə "gənclik şəhəri" təmsilçisi açıb. Rövlan Muradov penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin Samir Abasovun yetirmələrinin üstünlüyü cəmi 9 dəqiqə çəkib. 72-ci dəqiqədə Turan Manafov cərimə zərbəsindən baxımlı qolla "status-kvo"nu bərpa edib.
    Bu, həm də qarşılaşmada vurulan son qol olub. Səfərdə 1:1 hesablı heç-heçə edən "Sumqayıt" mövsümdə ilk dəfə xal itirib. Üç görüşdən sonra komandanın hesabında 7 xal var. "Araz-Naxçıvan" isə xallarının sayını 4-ə yüksəldib.
    Qeyd edək ki, turun digər oyunları avqustun 26-27-də keçiriləcək.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/sport/1139788.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi10 ay öncə
    İzlənib55 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    74
    28
    59
    89
    69
    25
    115
    40
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar