Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
QAİ Ermənistan ordusunun Kəlbəcər istiqamətində təxribatını pisləyir Xəbərlər

0

  • Ermənistan ordusu 2023-cü il sentyabr 1-də səhər saatlarından etibarən Göyçə mahalının Zod kəndi istiqamətindən Azərbaycan ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutması nəticəsində 4 nəfər azərbaycanlı hərbi qulluqçu yaralanıb. Qərbi Azərbaycan İcması Ermənistanın bu təxribatını şiddətlə qınayır və Ermənistan hökumətindən öz bəd əməllərini dərhal dayandırmağı tələb edir.
    Sonxeber.pro-ın məlumatına görə, bu barədə İcmanın bəyanatında deyilir.
    Qeyd edilib ki, Ermənistan tərəfinin bu mənfur təxribatı məhz Göyçə mahalı istiqamətindən etməsi Qərbi Azərbaycan İcması üçün əlavə həssaslıq doğurur.
    Xatırladaq ki, Göyçə mahalı, o cümlədən, Zod kəndi azərbaycanlıların kompakt şəkildə yaşadıqları ərazi olub. Ermənistan hökuməti Ermənistanın digər bölgələri kimi Göyçə mahalının azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyub, onların məscidlərini, qəbiristanlıqlarını və mədəni abidlərini dağıdıb. Hazırda Ermənistanın təxribat törətdiyi Zod aşırımı çoxlu sayda mülki azərbaycanlının soyuq qış aylarında Ermənistanın təqibləri və zorakılığından qaçarkən həlak olduğu məkandır.
    Ermənistan hökuməti İcmanın sülh və barışığa əsaslanan çoxsaylı müraciətlərinə baxmayaraq, azərbaycanlıların öz vətənlərinə qayıtmasına imkan vermir.
    Qərbi Azərbaycan İcması dünya birliyini, hərbi təxribatlarına son qoyması, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına imkan verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/country/1140913.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14
    5
    21
    16
    14
    32
    42
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar