Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
QAİ-nin müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb Xəbərlər

0

  • Ermənistanın apardığı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər nəticəsində azərbaycanlıların onilliklər ərzində məruz qaldıqları iztirab və məhrumiyyətlərə beynəlxalq ictimaiyyətin biganəliyi və ikili standartları ilə bağlı Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları 2023-cü il iyulun 28-də müraciət qəbul etmişdi.
    İcmadan Sonxeber.pro-a verilən məlumata görə, həmin müraciət BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayılıb.
    "Sənədin sözügedən ali orqanların gündəliyinin irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınması, qaçqınların hüquqlarının qorunması, silahlı münaqişələrin qarşısının alınması və sülh quruculuğu, bəndləri altında yayılması Azərbaycanfobiyanın irqi ayrı-seçkiliyin və ksenofobiyanın bir növü və bir beynəlxalq problem kimi təsbit edilməsində və ona qarşı beynəlxalq mübarizənin formalaşdırılmasında mühüm rol oynayır", - icmadan bildirilib.
    Qərbi Azərbaycan İcması digər vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə, Ermənistanın xalqımıza qarşı törətdiyi hüquq pozuntularını işıqlandırmaqda və bəzi dairələrin bu məsələ ilə bağlı nümayiş etdirdiyi ikili standart və riyakarlığı ifşa etməkdə davam edəcək.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/politics/1139322.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    11
    19
    38
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar