Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qanunvericilikdə hansı formada avtomobili "tuninq" etmək olar? - VİDEO Xəbərlər

0

  • Son vaxtlar avtomobillərini tuninq edənlərin sayı  artıb.
    Buz.Su Xəzər TV-yə istinadən bildirir ki, bəzi hallarda bu məsələyə görə, sürücülər ilə yol polisləri arasında mübahisələr yaşanır.
    Bəs görəsən qanunvericilik, avtomobil detallarının hansı formada dəyişdirilməsinə icazə verir?
    Məsələni araşdırmaq üçün əvvəlcə üz tutduq paytaxtda yerləşən təmir sexlərindən birinə...
    Usta  Emin Cabbarov deyir ki, nəqliyyat vasitələrinə öz modelinin yeni istehsal edilmiş və  ya fərqli formalı detalını quraşdırırlar. Burada əsas olan müəyyən normativlərin gözlənilməsidir.
    Emin Cabbarovun sözlərinə görə, əgər avtomobil geniş anlamda tuning edilirsə bu zaman mühərrik və salonda müəyyən dəyişikliklər aparılır.
    Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev hesab edir ki, istismarda olan bütün nəqliyyat vasitələri normativ texniki tələblərə cavab verməlidir. Bəzən edilən konstruksiya dəyişiklikləri baş verən yol qəzaları zamanı qəzanın ağırlıq dərəcəsinin artmasına səbəb olur.



    Mübariz Ağayev onu da bildirib ki, nəqliyyat vasitələrində normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və ya dəyişdirildikə, həmin pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsini idarə etmədən kənarlaşdırılırlar.
    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1193400.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib10 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    17
    17
    14
    18
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar