Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qarabağ müharibəsi veteranı olan prokurorluq əməkdaşı təqaüdə göndərildi Xəbərlər

0

  • Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Böyükağa Panəliyev təqaüdə göndərilib.
    Baş Prokurorluğun mətbuat xidmətindən Buz.Su-a verilən xəbərə görə, martın 4-də Baş prokurorun müavini Heydər Məmmədov Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə qulluq keçməsinə xitam verilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Böyükağa Panəliyevi qəbul edib.
    Böyükağa Panəliyevə Baş prokuror Kamran Əliyevin əmri ilə təltif olunduğu "Prokurorluğun fəxri işçisi" döş nişanını və hədiyyə təqdim edilib.
    Görüş zamanı çıxış edən Baş prokurorun müavini birinci Qarabağ Müharibəsi Veteranı olan Böyükağa Panəliyevin prokurorluq orqanların keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salaraq, 1993-cü ildə Qubadlı rayon prokurorluğunun əməkdaşı kimi xidməti vəzifələrinin icrası zamanı cinayətkar dəstənin fəaliyyətinin qarşısını alarkən ağır yaralanmasına baxmayaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyətini davam etdirdiyini, cinayətkarlığa qarşı mübarizədə, habelə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində böyük töhfələr verdiyini qeyd edib, fədakar fəaliyyətinə görə ona minnətdarlığını bildirib.
    Görüş zamanı, həmçinin, digər tədbir iştirakçıları Böyükağa Panəliyevlə bağlı xoş xatirələrini bölüşüb, ona uğurlar arzulayıb.
    Sonda xatirə şəkli çəkilib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1187610.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib14 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    24
    9
    24
    31
    19
    21
    23
    24
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar