Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qubadlıda növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edildi Xəbərlər

0

  • Qubadlı rayonu ərazisində yerləşən Balasoltanlı Radio-Televiziya Yayım Stansiyası torpaqlar işğal altında olan müddətdə istismara yararsız vəziyyətə düşüb.
    Innovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Buz.Su-a verilən xəbərə görə, aparılan işlər çərçivəsində sözügedən stansiyaya elektrik veriliş xətti çəkilib, texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib.
    Belə ki, hər biri 1 kVt gücündə iki ədəd FM radioverici, 1 ədəd 300 Vt gücündə televiziya vericisi, FM radio yayımlar üçün 1x2 konfiqurasiyalı və televiziya yayımları üçün 3x1 konfiqurasiyalı anten sistemləri, eləcə də digər zəruri texniki vasitələr quraşdırılaraq istismara verilib.
    Nəticədə 89.5 MHs tezlikdə Azərbaycan Radiosunun, 96.9 MHs tezlikdə İctimai Radionun və 43-cü televiziya kanalında (650 MHs) 8 televiziya proqramının (AzTV, İctimai TV, İdman Azərbaycan TV, Mədəniyyət TV, CBC Sport, ATV, Xəzər TV, Space TV) Qubadlı, Laçın və Zəngilan rayonlarının digər stansiyaların siqnalları ilə əhatə olunmayan ərazilərində yayımı təmin olunub.



    İşğaldan azad edilmiş ərazilərdə bu günədək 7 Radio-Televiziya Yayım Stansiyasının, o cümlədən Qubadlı rayonu ərazisində 2021-ci ilin 25 oktyabr tarixində Xanlıq Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib.
    Qeyd edək ki, bərpa tədbirləri "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına uyğun olaraq həyata keçirilir.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1174674.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib21 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    15
    33
    20
    15
    29
    15
    27
    24
    26
    23
    24
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar