Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Səfirliyə hücum edən şəxsin cəzası nə olacaq? Xəbərlər

0

  • Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücumu törədən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməkdə, Azərbaycan vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah almaqda, saxlamaqda və ictimai asayişi pozmaqda ittiham olunur. Motiv yenə də şəxsi zəmində qisas saxlanılıb.
    Buz.Su xəbər verir ki, bu sözləri Axar.az-a güneyli vəkil, Azərbaycan İnsan Haqları Təşkilatının sədri Nağı Mahmudi deyib.
    O bildirib ki, Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəmə prosesini izləyir:
    "Siyasi Münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, hökumətlər öz ölkələrində xarici səfirliklərin və diplomatların mühafizəsi və təhlükəsizliyinə cavabdehdirlər. Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyası 1974-cü il martın 15-də Məhəmməd Rza şah Pəhləvi tərəfindən təsdiq edilib. İndiki hökumət də onu imzalamış sayılır. Məhkəmənin beynəlxalq hüquq çərçivəsində aparıldığını demək çətindir. Motivin də şəxsi qisas zəminində saxlanılması Azərbaycan tərəfini qane etməyə bilər. Buna baxmayaraq, böyük ehtimalla hücumu törədən şəxsin cəzası edam hökmü olacaq".
    Qeyd edək ki, hücum təşkil olunandan bir il sonra, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin məhkəmə iclası keçirilib. Hakim iş üzrə icraatın başa çatmasını elan edib və hökmün qanuni müddət ərzində çıxarılacağını bildirib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1179339.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13
    17
    33
    19
    6
    29
    29
    19
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar