Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Səhiyyə sisteminə ənənəvi yanaşma müasir dövrün tələbləri ilə uzlaşa bilməzdi - Teymur Musayev Xəbərlər

0

  • Səhiyyə sisteminə ənənəvi yanaşma müasir dövrün tələbləri ilə uzlaşa bilməzdi.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunun "Hər kəs üçün sağlamlıq" adlı panel sessiyasında çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev deyib.
    "İnformasiya texnologiyalarının sürətli inkişafı "Hər kəs üçün sağlamlıq" konsepsiyasının reallığa çevrilməsinə səbəb olub. Səhiyyənin rəqəmsallaşması sektorun yalnız texnoloji baxımdan deyil, öncəliklə mədəni baxımdan transformasiyadır. Rəqəmsal texnologiyalar birgə qərarvermə prosesində həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırır. Bu isə fərdin sağlamlığı amilini önə çəkən yeni səhiyyə paradiqmasının yaranmasına yol açıb.
    Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi dövründə sosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal hökumətə keçid, iqtisadiyyatın şaxələndirilməsi hazırkı suverenliyimizi və regionun aparıcı ölkəsi kimi tanınmağımızı şərtləndirib. Son 20 il ərzində Azərbaycanda milli səhiyyə sisteminin infrastruktur, insan resursları və səhiyyənin maliyyələşdirilməsi baxımından gücləndirilməsi istiqamətində mühüm işlər görülüb",- deyə nazir bildirib.
    Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1190353.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17
    35
    14
    3
    36
    27
    38
    28
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar