Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Serj Sarqsyandan 1 milyon dollar ödəmək tələb olunub Xəbərlər

0

  • Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın işi ilə bağlı noyabrın 13-də növbəti məhkəmə iclası keçirilib.
    Buz.Su report-a istinadən xəbər verir ki, bu barədə S. Sarqsyanın hüquqşünaslar komandasının üzvü Ruben Akopyan jurnalistlərə açıqlamasında deyib.
    O bildirib ki, iclasda ittiham tərəfi keçmiş dövlət başçısına qarşı mülki iddia ilə çıxış edib: "ittihamçılar vurulan maddi ziyanın həcmində pul cəriməsi tələb ediblər".
    Müdafiə tərəfi iddia ilə bağlı 14 gün vaxt istəyib.
    "Biz bu ittihamı qəbul etmədiyimizi bildirsək də, müddət istədik", - R. Akopyan söyləyib.
    Qeyd edək ki, S.Sarqsyan və "Flash" şirkətinin sahibi, biznesmen Barseq Beqlaryana qarşı cinayət işi 2019-cu ilin sonunda açılıb.
    İstintaqın məlumatına görə, 2013-cü ildə o zaman dövlət başçısı postunda olan Serj Sarqsyan "Flash" şirkətinə himayədarlıq edib.



    Şirkətin rəqibləri daha yüksək qiymət təklif etsə də (təxminən bir milyon dollar), hökumətin dizel yanacağının tədarükü üçün tenderini "Flash" udub. İttiham tərəfinin bildirdiyinə görə, dövlətə 1 milyon dollara yaxın ziyan dəyib.
    Nikol Paşinyan hakimiyyətə gələndən sonra bu məsələ araşdırılıb və cinayət işi açılıb.
    S.Sarqsyan büdcə vəsaitlərini talamaqda ittiham olunur.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/armenia/1158113.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    30
    24
    11
    31
    30
    14
    25
    18
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar